“Fransaya nota verilməli, vasitəçilik missiyasından imtina edilməlidir”

10:21 14-10-2022 | icon 353 | Geopolitika
“Fransaya nota verilməli, vasitəçilik missiyasından imtina edilməlidir”

Rəşad Bayramov: "Fransa bu prosesdə birmənalı olaraq öz maraqlarını təmin eləmək istəyir"

 

Fransa Prezidenti Emmanuel Makron verdiyi son açıqlamada erməni şəklini və region maraqlarını bir daha ortaya qoydu. Cənab Makron yenə Azərbaycana qarşı qərəzlə çıxış edərək, “Ermənistan – bizimlə unikal əlaqələri olan ölkədir; Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib; biz Ermənistanı tək qoymayacağıq”-deyə bizə qərəz, erməniyə sevgi nümayiş etdirib. Fransa prezidenti Makronun kimi tək qoymayacağı təbii ki, öz işidir və öz içərisində də bir Ermənistan yarada bilər. Amma söhbət onun Azərbaycan ərazilərində at oynatmaq istəyən Ermənistanın sülhə gətirilməsi  prosesində iştirakından gedirsə, təbii ki, Makron sözlərinin sərhəddinə fikir verməli, burnunu başqasının ərazisinə soxmamalıdır...

 

Bütün hallarda Fransanın Azərbaycana qarşı qərəzli çıxışı Praqa razılaşmasına nə vəd edir, bizə Fransanın vasitəçiliyi lazımdırmı?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Fransanın erməni sevgisi və Azərbaycana qarşı qərəzli mövqeyi yeni deyil. O, xatırladıb ki, istər 30 illik erməni işğalı, istər 44 günlük Vətən Müharibəsi və sonrakı mərhələdə Fransanın həmişə Ermənistan mövqeyindən çıxış etdiyini, erməni maraqlarının müdafiəsində durduğunu,  Azərbaycan əleyhinə müxtəlif bəyanatlar səsləndirməsinin şahidi olmuşuq. Hətta Ermənistan "Dağlıq Qarabağı" tanımağa cürət etmədiyi halda, Fransa Qarabağda separatçıların özləri üçün adlandırdığı qondarma qurumu müstəqil dövlət kimi tanıyan qətnamə qəbul etmişdi. Yəni Fransadan başqa nə isə gözləməyə dəyməz. 

 

Politoloq xatırladıb ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi zamanında nəinki münasibətlərin normallaşdırılması, BMT-nin müvafiq qətnamələrinin icrası istiqamətində hər hansı bir addım atmadı, əksinə digər həmsədrlərlə birlikdə problemlərin dondurulmasına yönəlik fəaliyyət göstərdi. Bu da faktiki olaraq işğal siyasətinin legitimləşdirilməsinə xidmət eliyən  siyasət idi. 

 

Politoloq bəyan edib ki, bu gün də Azərbaycanla birgə Rusiyanı da qınayan, Rusiyanın sülhməramlı kontingentinin guya ki, Azərbaycan mövqeyindən çıxış etdiyini bəyan eləyən, Qarabağı mübahisəli ərazi adlandıran, onu Ermənistanın ürəyi adlandıran bir ölkənin danışıqlar prosesində iştirakı yolverilməzdir:

 

“Azərbaycan bundan sonra Fransanın vasitəçiliyi ilə üçtərəfli, dördtərəfli görüşlərin keçirilməsindən imtina etməlidir. Bizim üçün əlverişli variant danışıqların Avropa İttifaqının vasitəçiliyi ilə Brüssel formatında aparılmasıdır. Çünki Fransa bu prosesdə birmənalı olaraq öz maraqlarını təmin eləmək istəyir. Bu gün sülh sazişinin imzalanması və Fransanın Azərbaycanla-Ermənistan arasında münasibətlərin normallaşdırılmasında iştirakı sərfəli deyil.  Fransa artıq bir neçə ay olar ki, təbliğat aparır ki, Rusiya sülhməramlıları öz vəzifələrinin öhtəsindən gələ bilmir və onlar Fransa sülhməramlı kontingenti ilə əvəz olunmalıdır”.

 

Politoloq bu məsələnin normallaşmasında tək Fransa deyil, ABŞ-ın, Rusiyanın da maraqlı olmadığını bilıdirdi. Onun fikrincə, həmin dövlətlər də fərqli formalarda prosesə maniə törətməyə çalışırlar:

 

“Məsələn, Rusiya özü elə bir “sülh sazişi” hazırlayıb ki, orda Qarabağın statusu məsələsi əks olunub.  Amma bu, guya onun sonrakı mərhələdə müzakirə olunmasını nəzərdə tutur. Eləcə də ABŞ...

Artıq bütün bunlara nöqtə qoymaq lazmdır. Azərbaycan hər hansı bir ölkənin onun daxili işlərinə qarşışmasına sərt təpki göstərməlidir. Regionumuz Şərqlə-Qərbin qovuşmasında yerləşir. Regiondan Şərq-Qərb,  Şimal-Cənub dəhlizləri keçir, növbəti mərhələdə Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq. Brüssel formatındakı danışıqlar Azərbaycanın ziyanına hər hansı bir məsələni özündə ehtiva etmir.

Fransa ilə ciddi danışmağa ehtiyac var. Çünki Azərbaycanın səfirliyinə hücum olunur, Fransa buna biganə yanaşır, Azərbaycan torpaqlarının işğal olunmasını elə təqdim edir ki, guya biz kiminsə ərazilərini işğal eləmişik. Yaxud, Azərbaycanın əraziləri Ermənistan tərəfindən bombalananda Fransa buna münasibət bildirmədi. Azərbaycan ərazisində kütləvi məzarlıqlar tapılır, Fransa yenə də buna susur.  Amma bir dənə erməninin ayağına daş dəyən kimi bütün dünyanı ayağa qaldırır və sanki Azərbaycan Ermənistanda soyqırım törədib kimi bağırırlar. Ona görə də Fransaya nota verilməli, həm də vasitəçilik missiyasından imtina edilməlidir”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür