“Fransa Praqa Bəyannaməsini qüvvədən sala bilər”

10:31 14-10-2022 | icon 348 | Geopolitika
“Fransa Praqa Bəyannaməsini qüvvədən sala bilər”

"Bu münaqişənin nizamlanmasında Rusiya və Azərbaycan Fransaya etiraz notası verməlidir"

 

Məlum olduğu kimi, Fransa Prezidenti Emmanuel Makron ötəngünkü açıqlamasında bir daha Azərbaycana qarşı qərəzli çıxış edib. O, Ermənistan və Azərbaycan arasında bir müddət öncə baş verən son toqquşmalara münasibət bildirərək deyib ki, Ermənistan – bizimlə unikal əlaqələri olan ölkədir; Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib. Biz onları qınadıq. Biz Ermənistanı tək qoymayacağıq.

 

Fransa Prezidentinin belə bir mövqe sərgiləməsi Praqada əldə olunan razılaşmalara xətt çəkə bilərmi? Ümumən, Fransanın bu mevqeyi necə dəyətləndirilməlidir?

 

 

Versus.az xəbər verir ki, siyasi şərhçi Azər Hüseynov açıqlamasında bildirib ki, Qarabağ məsələsinin həllində Avropanın qaz maraqları varsa, demək tam mənada ona güvənmək və bu məsələdə böyük rol oynayacağını düşünmək yanlışdır.

 

Onun fikrincə, Azərbaycan bu münaqişənin nizamlanmasında Rusiya və Türkiyə ilə münasibətlərini düzgün qurmalıdır:


“Türkiyə bizim qardaş dövlətdir, Rusiya isə bölgəyə birbaşa təsiri olan oyunçudur. Avropa qeyri-səmimidir və ona yalnız qaz lazımdır. Ona görə də Emmanuel Makronun bu cür danışması təbiidir. Və nəzərə alsaq ki, Fransa da kifayət qədər çoxsayda erməni yaşayır və Fransa hökumətinə təsirləri bəllidir. Ümumiyətlə Avropanın "ipinin üstünə odun yığılası" deyil”.


A.Hüseynov hesab edir ki, Makron daha daxildə olan auditoriyasına işləyir. Azərbaycan öz enerji faktorundan ciddi şəkildə istifadə etməlidir. Çünki bu gün Avropanın enerji daşıyıcılarına ciddi ehtiyacı var:


“Təbii bütün görüşlər Praqadakı bütün aktorların bir araya gələməsi ilə həll oluna bilər. Bu da Türkiyə, Rusiya, Azərbaycandır. Mən Ermənistanı regionda hər hansı təsirə malik aktor hesab eləmirəm”.

 

 

Siyasi Şərhçi Məhəmməd Əsəsdullazadə bildirib kİ, Fransa Prezidenti Makronun hazırki mövqeyi onun Praqada imza atdığı 4 tərəfli bəyannaməyə ziddir və Makron bir daha Ermənistanın qeyri-konstruktiv mövqeyini bölüşür:

 

“Düşünürəm ki, Makron Ermənistanın sülh müqaviləsindən geri çəkilməsinə gətirib çıxardan mövqe sərgiləyir. Ona görə də Azərbaycan tərəfi danışıqlar prosesində Fransanın iştirak etməsinə etiraz etməlidir. Ümumiyyətlə, Fransanın təşəbbüskar olduğu bundan sonrakı danışıqlar prosesinə qoşulmamalıyıq. Çünki Makron konkret olaraq Ermənistanın Fransa üçün önəmli ölkə olduğunu qeyd edir. Belə olan təqdirdə Fransa Azərbaycan-Ermənistan arasında sülhə töhfə verə bilməz”.

 

M.Əsədullazadə hesab edir ki, Makronun bu çıxışı Fransada olan erməni lobbisinin diqtəsi ilə baş verir:

 

“Amma buna son qoyulmalıdır. Cənubi Qafqazda Fransanın mövqeyi bizə bəllidir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına Fransa töhfə verə bilməz. Təbii ki, bu bəyannamədə Avropa İttifaqı aparıcıdır. Fransa isə Ermənistanı müdafiə etmək üçün prosesə qoşulub. Azərbaycan Fransaya etiraz notası verməlidir. Çünki Fransa belə siyasət ortaya qoyacaqsa Praqa Bəyannaməsi qüvvədən düşə bilər”

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol