Sevgilisindən səkkiz bıçaq zərbəsi aldı


Bakının Sabunçu rayonunda qadın bıçaqlanıb.
Versus.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, Şamil Kamilov küçəsində 1984-cü il təvəllüdlü Əliyeva Vüsalə Əliqulu qızı sevgilisi ilə mübahisə edib.
Mübahisə zamanı kişi onun bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurub.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıblar. /APA/

Xəbər lenti

Beynəlxalq səyyahlar KƏLBƏCƏRDƏ
Ermənilərin burada törətdiyi vəhşi əməllərlə tanış olacaqlar