Müğənni və sürücüsünü toyda döydülər
Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.
Qeyd edək ki, həmin müğənni Nurlan Əliyevdir. Onun rayon ərazisində müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.
Araşdırma aparılır.
Xəbər lenti
Laçınla bağlı proqram HAZIRLANACAQ
Müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar və...