Məcburi köçkün evlə təmin olunmayana qədər...

12:51 14-10-2022 | icon 269 | Siyasət
Məcburi köçkün evlə təmin olunmayana qədər...

“Məcburi köçkünlərin müvəqqəti yaşadığı evlərdən çıxarılması kütləviləşib"

 

“Məcburi köçkün müraciət edir ki, 30 ilə yaxındır müvəqqəti yaşadığı evdən məhkəmə qərarı ilə çıxarılması tələbi qoyulub”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.

 

Deputat bildirib ki, əvvəllər də bu məsələyə baxılıb:

 

“Ulu öndər bildirmişdi ki, məcburi köçkünü evlə təmin etmədən o, müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz. Bu gün torpaqlarımız işğaldan azad olunub, lakin məcburi köçkünlər hələ öz yurd-yuvasına qayıtmayıb. Məcburi köçkünlər evlə təmin edilmədən məhkəmə qərarı ilə onların müvəqqəti yaşadığı evlərdən çıxarılması tələb edilir. Təklif edirəm ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bu məsələ müzakirə edilsin. Məhkəmə qərarları qəbul edilən zaman Dövlət Komitəsindən nümayəndə çağırılsın. Artıq onların müvəqqəti yaşadığı evlərdən çıxarılması kütləvi hal alıb. Onlar evlə təmin olunmadan yaşadığı müvəqqəti yerdən çıxarılsa, harada yaşayacaq?! Məcburi köçkün evlə təmin olunmayana qədər müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin