Tehran əl çəkmir

15:27 14-10-2022 | icon 381 | Geopolitika
Tehran əl çəkmir

İrəvanı dəstəkləyir, Bakını hədələyir, daxili caxnaşmaları isə...

 

 

 

 

TURAN RZAYEV
/Politoloq/

 

İran Prezident Administrasiyasının nümayəndəsi Məhəmməd Cəmşidi bildirib ki, rəsmi Tehran bölgədəki tarixi sərhədlərin və Ermənistanla tranzit marşrutların dəyişdirilməsini qəbul etməyəcək. O deyib ki, İran Prezidenti Rəisi bu mövqeyini Astanada səfərində Azərbaycan Prezidenti ilə görüşdə bir daha təkrarlayıb.

 

“Prezident Rəisi bir daha xatırladıb ki, tarixi sərhədlərdə, regional geosiyasətdə və İran-Ermənistan tranzit marşrutlarında istənilən dəyişikliyə İran qəti şəkildə cavab verəcək”- Cəmşidi deyib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Aşura” regional qərargahının Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlim keçirəcək olması da bu aspektdən diqqət çəkir.

 

Nə baş verir?

 

Rəsmi Tehran Məhəmməd Cəmşidinin son açıqlaması və Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlim keçirməyi planlaması ilə Bakıya “qərarlı” olduğunu göstərməyə çalışır. Lakin bunların fayda verəcəyi inandırıcı görünmür. Rəsmi Bakı İranın bu kimi təzyiqləri ilə dəfələrlə qarşılaşıb və onların heç biri Azərbaycanın bölgə siyasətinə əhəmiyyətli şəkildə təsir etməyib.

 

İran isə öz ənənəvi siyasətinə sadiq qalaraq ermənipərəst və antiAzərbaycan xəttini davam etdirir. Belə ki, Cəmşidinin “İran-Ermənistan tranzit marşrutları”na guya hansısa təhlükə yaranacağı barədə sözləri cəfəngiyyatdan başqa bir şey deyil. Bu ölkə 30 illik işğal dövründə bir dəfə də olsun, Ermənistanın sərhədləri işğal yolu ilə dəyişdirməsinə etiraz etməyib. Əksinə, rəsmi Tehran hər zaman Ermənistanı müdafiə edib. Bu da azmış kimi İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər.

 

İran ermənipərəst siyasətini açıq müstəviyə keçirib

 

Aydın məsələdir ki, İran sadəcə olaraq, Azərbaycanın güclənməsinə qarşı çıxır və 44 günlük savaşda bunu bir daha göstərmiş oldu. 44 günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib.

 

Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər.

 

İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət də rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir. Bu gün İranda 100 min erməni yaşayır. İranın Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqları arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa, İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır, məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir.

 

Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Cəmi 100 min erməniyə məxsus bu sərbəstliyin yüzdə biri İranda çoxluq təşkil edən 45 milyon azərbaycanlıya verilmir.

 

İran hakimiyyəti azərbaycanlıları bütün hüquqlardan məhrum edib, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alıb. İranda azərbaycanlıların hər hansı birlik, təşkilat yaratması hakimiyyətə və dövlətə qarşı təhdid kimi dəyərləndirilir və bundan irəli gələn sərt addımlar atılır.

 

Molla rejiminin tətbiq etdiyi üsul-idarə içdən çürüyür!

 

İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət əslində, bu ölkənin əsl mahiyyətini göstərir. Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir.

 

İran cəmiyyəti artlq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir.

 

İrandakı sosial vəziyyət, hətta şah rejimindən daha pis bir haldadır. Rejim özü bunun fərqində olsa da, hələ də effektiv addımlar atmır. Əksinə, Qərblə rəqabət fonunda nəticə əldə etməyə çalışır. Hazırkı etiraz aksiyalarının tempi belə davam etsə rejimin devrilməsi ilə nəticələnə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”