"Bu terror aktlarının sistemli xarakter alması hər birimizi narahat edir”

18:37 14-10-2022 | icon 401 | Siyasət
"Bu terror aktlarının sistemli xarakter alması hər birimizi narahat edir”

Arzuxan Əlizadə: “Azərbaycan səfirliklərimizin qorunması ilə bağlı Beynəlxalq müstəvidə səsini ucaltmalıdır”

 

“Ötən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinin atəşə tutulması erməni radikal qruplaşmalarının növbəti terror aktı kimi qiymətləndirilir. Bu terror aktlarının sistemli xarakter alması hər birimizi narahat edir”.

 

Bunu Versus.az-a açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirib.

 

O, qeyd edib ki, ermənilər uzun illər ərzində bütövlükdə türk dünyasına qarşı bir terrorçu mövqedə olublar:

 

“Bundan əvvəl 73-cü ildə Türkiyənin Los Ancelesdəki Baş konsulluğu ilə Vitse Konsulluğuna qarşı həyata keçirilən sui-qəsd, 75-ci ildə Avstriya və Fransadakı Türkiyənin səfirlərinə qarşı, eləcə də 76-cı ildə Livanda və digər Avropa ölkələrindəki səfirlərə qarşı həyata keşirilə sui-qəsdlər, 76-cı ildə Almaniyanın bir neçə şəhərində Baş konsulluqlarında həyata keçirilən terror aktları, partlayışlar silsilə xarakteri daşıyırdı. Bütövlükdə bu illər ərzində 24 türk diplomatı ermənilərin sui-qəsdinə məruz qalıb, həlak olub. Bu gün isə xüsusilə 2020-ci ildən, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra Azərbaycanın səfirliklərinə qarşı Avropanın bir sıra şəhərlərində, eləcə də ABŞ-da bu cür türror, vandalism aktları həyata keçirilir ki, bu da bizi ciddi narahat etməlidir. Xatırladım ki, elə 2020-ci ildə müharibədən dərhal sonra Avropanın bir sıra paytaxtlarında, həmçinin ABŞ-ın Los Ancels şəhərində Azərbaycanın nümayəndəliklərinə hücumlar oldu, vandalism aktları həyata keçirildi. O zaman istintaq orqanları cinayət işi açdılar, amma indiyə qədər həmin hadisələri törədən bir nəfər də olsun məsuliyyətə cəlb edilməyib. Bu ilin də 5 avqustundan Böyük Britaniyadakı səfirliyimizə qarşı bir hücum aktı həyata keçirildi. Düzdür, onun radikal dini qruplar tərəfindən həyata keçirildiyi bildirilirdi, amma hesab edirəm ki, bunun da arxasında bir erməni izi var. Çünki ardınca sentyabrın 15-də Vaşinqtondakı səfrliyimiz qarşısında ermənilər tərəfindən bir aksiya həyata keçirildi. Bunun ardınca Fransanın paytaxtı Parisdə, eləcə də Belçikanın paytaxtı Brüseldə Azərbaycanın səfirliklərinə və daimi nümayəndəliklərinə qarşı aksiyalar, vandalism aktları həyata keçirildi. Növbəti dəfə isə ötən gecə Vaşinqtondakı səfirliyimizin xidməti avtomobili atəşə tutulubdur ki, bu da olduqca ciddi hadisədir. Hər bu cür hadisədən sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən aksiya həyata keçirən ölkələrin burdakı səfirləri nazirliyə dəvət edilir, onlara notalar təqdim olunur. Amma görünən ondan ibarətdir ki, bu etirazlardan ciddi nəticə çıxarılmır həmin ölkələr tərəfindən. Həmin ölkələrdə Azərbaycanın səfirliklərinə, daimi nümayəndəliklərinə, Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən bu cür vandalism aktlarının qarşısı alınmır. Qarşısı alınmamaqla yanaşı, bu qanunazidd addımları atan, terror hərəkətləri edən erməni terrorçularına qarşı heç bir cəza tədbiri də həyata keçirilmir”.

 

A.Əlizadə vurğulayıb ki, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası var və o ölkələr, eləcə də Azərbaycan həmin Konvensiyaya qoşulub. AMİP sədri bildirib ki, həmin Konvensiyaya müvafiq olaraq qəbul edən ölkə həmin ölkənin ərazisində olan səfirlik və daimi nümayəndəliklərin təhlükəsizliyinə təminat verməli, onların təhlükəsizliyini qorumalıdır:

 

“Təəssüflər olsun ki, biz bunun şahidi olmuruq, baxmayaraq ki, Azərbaycanda bütün səfirliklər Azərbaycan hökuməti, dövləti tərəfindən lazımi səviyyədə qorunur. Azərbaycanda yerləşən Avropa ölkələrinin, eləcə də ABŞ-ın səfirlikləri tam olaraq mühafizə altındadır və heç bir halda həmin səfirliklərə hər hansı bir qrupun bu və ya digər etiraz aksiyası formasında yaxınlaşması belə mümkün deyil. Çünki Azərbaycan üzərinə götürdüyü öhdəlikləri beynəlxalq müstəvidə, ölkə qanunvericilik çərçivəsində lazımi səviyyədə qoruyur. Qeyd etdiyim kimi, xarici ölkələrdə, Avropa ölkələrində və ABŞ-da bizim səfirliklərimizə qarşı bu cür terror aktları isə cavabsız qalır. Görünən odur ki, Azərbaycan tərəf səfirliklərimizin qorunması ilə bağlı daha ciddi addımlar atmalı, Beynəlxalq müstəvidə səsini ucaltmalıdır. Çünki qarşımızdakı qüvvə terrorçu qüvvədir. Ermənilərin ASALA, Daşnaksütun və digər bu cür terrorçu təşkilatları var ki, uzun illər ərzində qeyd etdiyim kimi, Türkiyə və Azərbaycan səfirliklərinə qarşı terrorlar həyata keçiriblər. Gələcəkdə onların bu vandalism aktları böyüyə bilər ki, bu da olduqca ciddi narahatlıq yaratmalıdır. Azərbaycan özü həmin ölkələrə xəbərdarlıq etməklə yanaşı səfirliklərimizin, diplomatic nümayəndəliklərimizin təhlükəsizliyini bir qədər də gücləndirməlidir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı