“İqtisadiyyat və Sülh İnstitutu 2022-ci ilin Qlobal Sülh İndeksi yanlışdır”

18:52 14-10-2022 | icon 361 | Siyasət
“İqtisadiyyat və Sülh İnstitutu 2022-ci ilin Qlobal Sülh İndeksi yanlışdır”

Abutalıb Səmədov: "Qətiyyən mötəbər və obyektiv hesab oluna bilməz"

 

İqtisadiyyat və Sülh İnstitutu 2022-ci ilin Qlobal Sülh İndeksini açıqlayıb. Hesabatda daxili və xarici təhdidlər meyarlarına əsaslanan reytinqdə İslandiya, Yeni Zelandiya, İrlandiya, Danimarka, Avstriya ən dinc 5 ölkə kimi göstərilib. 163 ölkənin yer aldığı siyahıda Ermənistan 83-cü, Azərbaycan 128-ci, Rusiya 160-cı sırada qərar tutub.

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən ANAP sədri Abutalıb Səmədov qeyri-sabitliyin hökm sürdüyü, militarizasiya səviyyəsinin yüksək olduğu  Ermənistanın bu hesabatda Azərbaycanı “qabaqlaması”nın təəccüb doğurduğunu deyib.

 

O, həmçinin bildirib ki, Ermənistan kimi ölkənin siyahıda bu qədər önə, hətta Estoniya və Latviya kimi Avropa İttifaqı üzvü ölkələrinin yanında qərarlaşdırılması bu reytinq siyahısına şübhələrə yer açır və burada da erməni barmağının olduğunu söyləməyə əsas verir:

 

“Bu səbəbdən İqtisadiyyat və Sülh İnstitutunun açıqladığı 2022-ci ilin Qlobal Sülh İndeksi qətiyyən mötəbər və obyektiv hesab oluna bilməz. Təəssüf doğuran odur ki, Ermənistan Azərbaycanı təkcə bu il xeyli qabaqlamayıb. Əgər belə olsaydı bu nəticəni ermənilərin və bəzi “həmvətənlərimizin” əleyhimizə apardığı təbliğatla əlaqələndirmək və institutun bu amilin təsirinə düşdüyünü düşünmək olardı. Ancaq  Ermənistan torpaqlarımızın 20%-ni işğal altında saxladığı illərdə də bu institutun “araşdırmalarında” Azərbaycandan daha “sülhsevər” olub və ölkəmizi xeyli qabaqlayıb. 2013-cü ildə işğalçı Ermənistan 98-ci, torpaqları işğal olunan Azərbaycan 126-cı, 2014-cü ildə Ermənistan  97-ci, Azərbaycan 123-cü, nəhayət, 2015-ci ildə Ermənistan 91-ci, Azərbaycan isə 132-ci olub. 2016-cı ildən sonrakı dövrü deməyə ehtiyac yoxdur. Çünki torpaqlarımız işğal altında ola-ola bizi sona yaxın  sıralarda “şərəfləndirən” institutun “aprel müharibəsi”ndən sonra daha arxa sıralara yerləşdirməsi “təbii” sayılmalıdır”.

 

A.Səmədov qeyd edib ki, ölkədaxili sabitliyin əsas kriteriyalardan biri olduğu halda çevriliş cəhdlərinin “gündəlikdən düşmədiyi” bir dövlətin bu qədər yüksək qiymət alması azı anlaşılmazdır:

 

“Daha bir kriteriya militarizasiya səviyyəsidir ki, bu göstəriciyə görə Ermənistan dünyada ən yüksək yerlərdən birinə sahibdir. “Sülhsevər” qonşumuzun ümumdaxili məhsuldan hərbi xərclərə ayrılan vəsaitin həcminə görə Azərbaycanı xeyli qabaqlamasına baxmayaraq daha  yüksək reytinqə layiq görülməsi ən azı anlaşılmazdır.

Qlobal reytinqdə anlaşılmazlıqlardan biri də fasiləsiz olaraq Türkiyəyə qarşı müxtəlif təxribatlar törədən, beynəlxalq razılaşmaların ziddinə olaraq yunan adalarında silahlar yerləşdirən Yunanıstanın daha yüksək pilllədə qərarlaşmasıdır.

Nəhayət, ən böyük anlaşılmazlıq dünyanı məhvolma həddinə gətirən, Ukraynada dinc insanları, uşaqları qətlə yetirən Rusiyanın Suriyanı, Yəməni və Əfqqanıstanı qabaqlamasıdır. Rusiya görəsən daha nə etməlidir ki, bu “mötəbər” reytinqdə sonuncu yerə layiq görülsün”.

 

ANAP sədri təəssüflə qeyd edib ki, bu cür qlobal reytinqlər ölkələrin  nüfuzuna ciddi təsir göstərir və aşağı göstəricilərə malik dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərir, ilk növbədə ölkəyə gəlmək istəyən turistlərin sayının  ciddi şəkildə azalmasına gətirib çıxarır:

 

“İqtisadiyyat və Sülh İnstitutunun bu cür ədalətsiz addımlar atmasında “erməni barmağı”nın olması şübhəsizdir. Ancaq bu ədalətsizliyi təkcə ermənilərin Azərbaycan əleyhinə apardıqları işlə əlaqələndirmək yanlış olardı. Bir az da fəallaşmalı və dünyada haqqımızda yaranmış yanlış rəyi dəyişmək üçün əlimizdən gələni etməliyik”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...