CinemaPlus “Komutan”ın qəhrəmanları ilə qala gecəsi keçirib

23:02 14-10-2022 | icon 645 | Film
CinemaPlus “Komutan”ın qəhrəmanları ilə qala gecəsi keçirib

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında, Bakıda yerləşən Yunus Emre Fondun dəstəyi ilə filmin baş qəhrəmanları Mert Kılıç və Aslıhan Günerlə birlikdə Türkiyənin “Komutan” döyüş filminin qala gecəsi keçirilib.

 

Türkiyəli aktyorlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarları ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları Türk kumirlərini heyranlıqla qarşıladılar.

 

Film real hadisələr əsasındə çəkilib.

 

Rejissorlar: Selahattin Sancaklı, Mert Kılıç.

 

Rollarda Mert Kılıç, Aslıhan Güner, Can Kızılıtuğ və Emre Bulut.

 

Film haqqında qısa məlumat: Xüsusi hazırlanmış bir dəstəyə Suriyada döyüşlər zamanı şəhid olmuş 3 əsgərin nəşini Vətənə geri qaytarmaq tapşırığı verilir. Hər addımında ölüm təhlükəsi olan bu tapşırığı "Soluk Kesen" adlandırılan dəstə necə yerinə yetirəcək?...

 

Tədbirin təşkilində Cinema Distribution, “MADO” restoranı, foto və video çəkiliş - “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

 

Qeyd edək ki, film oktyabrın 13-dən etibarən bütün "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

 

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...