MCP-dən Fransanın region siyasətinə qarşı ETİRAZ BƏYANATI

00:49 15-10-2022 | icon 458 | Siyasət
MCP-dən Fransanın region siyasətinə qarşı ETİRAZ BƏYANATI

"Fransanı ədalətli mövqe sərgiləməyə dəvət edirik"

 

"Azərbaycan Ermənistan münasibətlərinin normallaşmağa doğru inkişaf etdiyi bir zamanda, hər iki tərəfin sülh mesajları verdiyi bir məqamda Fransa prezidenti Emanuel Makronun son fikirləri, Ermənistanı açıq şəkildə dəstəkləməsi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması, qərəzli, ədalətsiz fikirlər səsləndirməsi başa düşülən deyil və yaxud da hər şey tam aydındır".

 
Versus.Az xəbər verir ki, Milli Cəbhə Partiyasının bəyanatında belə deyilir. Bəyanatda bildirilir ki:
 
 
"Fransa prezidentinin son bəyənatında kimin haqqlı olması deyil, Fransanın Ermənistana vəkillik, hamilik və sahiblik edəcəyi açıq mətnlə dilə gətirilir. Milli Cəbhə Partiyası bu açıqlamaların münaqişəyə ədalətli münasibətdə bir tərəfin müdafiə olunması kontekstində yolverilməz olduğunu bildirir. Fransa dövlətinin rəsmiləri tərəfindən qərəzli açıqlamaların verilməsini Fransa dövlətini qərəzli tərəf kimi göstərməkdədir.
Fransa prezidentin bu yanaşması rəsmi Parisin regionda sabitliyin, sülhün yaranmasında deyil, təəssüf ki, münaqişə ocaqlarının davam etməsində maraqlı tərəf olduğu fikrini yaradır. Bu, eyni zamanda Türkiyənin refionda artan nüfuzuna, Türkiyə-Azərbaycan qardaşlığına qarşı addım kimi görünür. Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev də bu barədə danışarkən demişdir ki, “Fransa prezidentinin Azərbaycan-Türkiyə dostluğunun Ermənistana qarşı ittifaq kimi görməsini də qəbul etmirik. Türkiyə bütün dünyanın qəbul etdiyi şəkildə Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir və Ermənistanla münasibətlərin normallaşması üçün konkret addımlar atır. Fransanın isə Ermənistanla dostluq münasibətləri müstəvisində Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri şübhə altına alınır və bunu yolverilməz hesab edirik”.
 
 
Ermənistanın Azərbaycan torpaqlarını işğal edib 30 il işğalda saxladığı müddətdə Fransa bir dəfə də olsun bu işğalı pisləyəcək hər hansı bir bəyanat vermədi, heç bir Fransa prezidenti bu yöndə bir fikir səsləndirmədi, Ermənistanı işğalda, dinc insanları qətlə yetirməkdə, sivil əraziləri bombalamaqda, müharibə cinayətləri törətməkdə ittiham etmədi, bir milyondan çox insanı dədə-baba torpağından, evindən didərgin salmaqda ittiham etmədi. Lakin elə ki, 30 illik səbrdən sonra Azərbaycan öz torpaqlarını silah gücüylə azad etdi, Fransa həmən Ermənistann vəkilinə çevrilməyi üstün tutdu. Milli Cəbhə Partiyası Fransanın bu tərzdə apardığı region siyasətinə etiraz edir və onu ədalətli mövqe sərgiləməyə dəvət edir.
 
 
Milli Cəbhə Partiyası hesab edir ki, bir qədər əvvəl İran İslam Respublikasının Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana qarşı çıxışları, indi isə Qarabağla bağlı Fransa prezidenti Emanuel Makronun qərəz dolu fikirləri Ermənistanın hər zaman başqa dövlətlərin regiondakı maraqlarına alət olduğu fikrini möhkəmləndirir".
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin