"Makron gələndən Azərbaycan-Fransa münasibətləri korlanıb"

08:13 17-10-2022 | icon 277 | Siyasət
"Makron gələndən Azərbaycan-Fransa münasibətləri korlanıb"

Fuad Əliyev: "Onun bu fikirləri regionda sülhün yaranmasına xidmət etmir"

 

“Makronun bu fikirləri Fransanın itirilmiş mövqeyinin bərpasına hesablanıb. Fransanın Ermənistanla yüksək olan əlaqələri hamıya məlumdur”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 


ALDP sədri vurğulatıb ki, Fransa 44 günlük Vətən müharibəsində isə açıq şəkildə Ermənistanı dəstəklədi:

 

"Makron Fransanın prezidenti seçilməzdən qabaq Azərbaycanın Fransa ilə münasibətləri normal idi. Mitteran dövründə isə yüksək səviyyədə idi. Makron gələndən sonra bu münasibətlər korlandı. Makronun Vətən müharibəsi zamanı açıq ermənipərəst mövqeyi Azərbaycan-Fransa münasibətlərinə əlavə gərginlik gətirdi".

 

ALDP sədri onu da vurğulayıb ki, Fransanın mövqeyi məlumdur və bundan artıq nə deyə bilərdi:

 

"İndi Makron məsələnin Minsk qrupu çərçivəsində həll olunmasına çalışır. ATƏT-in Minsk qrupu 30 ilə yaxın niyə bu məsələni həll etmirdi? BMT-nin 4 qətnaməsini əsas tutub məsələni həll edərdi. Qəsdən vaxtı uzadırdılar. Fikirləşirdilər ki, Azərbaycan xalqı unudacaq, bu vəziyyətlə razılaşacaq. Azərbaycan xalqı heç nəyi unutmayıb, dözüb və vaxtı gələn kimi öz sözünü deyib. Ordumuz xalqın dəstəyini aldıqdan sonra BMT və ATƏT-in işini özü həll etdi, işğalda olan torpaqları azad etdi. Və indi nə status məsələsi var, nə də ki, bu Minsk qrupu. İndi bizim işimiz Qarabağ bölqəsini bərpa işlərlə bərabər, orada qalan erməni separatçıları təmizləməkdir. İnanıram ki, bu məsələlər qısa bir zamanda həll olunacaq".

 

Fuad Əliyev bildirib ki, Makronun bu fikirləri regionda sülhün yaranmasına xidmət etmir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI