MXP-dən Makronun ittihamları ilə bağlı BƏYANAT

08:44 17-10-2022 | icon 332 | Siyasət
MXP-dən Makronun ittihamları ilə bağlı BƏYANAT

“Müxalifəti milli maraqlar naminə hakimiyyətin ətrafında birləşməyə çağırıram”

 

Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov Fransanın prezidenti Emanuel Makronun Azərbaycana qarşı olan sərsəm fikir və ittihamlarına qarşı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:

 

“Fransa dövlət başçısının Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən əsassız ittihamları tam qərəzli və erməni lobbisinin maraqlarına xidmət edir.

 

Prezident İlham Əliyevin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti olmamasını vurğulayaraq bəyan etdiyi  kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Azərbaycan Avropa İttifaqının səylərini həmişə dəstəkləyib. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən  bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbul olunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edərək  mətbuatda Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya etmişdir. Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyünü güc hesabına bərpa etmişdir.

 

Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri olmasına rəğmən bir kəlmə də olsun söz deməyib. Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur.

 

Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altına alır.

 

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsi və beynəlxalq hüququn prinsipləri çərçivəsində qiymət verilməsi zərurətini yaradır.

         

Ermənistan böyük dövlətlərin XİX əsrin sonları və XX əsrin əvvllərindən başlayan ambisyalı maraq münaqişələrinin aləti olmuş və köpək sümük qazanan tərzdə oyuncaq dövlət olmaq qazancı əldə etmişlər və sümük iştəhalarını daha da genişləndirməyə  çalışırlar. Belə bir vaxtda Azərbaycanda bütün müxalif fikirlər kənara qoyulmalı, bütün səy və maraqlar dövlətin mənafeyinə və millətin birliyinə yönəldilməlidir. Daxildə və xaricdə olan bütün müxalif qüvvələri milli maraqlara xidmət etməyə və dünya nizamının dəyişilməsi astanasında  hakimiyyətin ətrafında birləşməyə çağırıram”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur