Nüvə fəlakəti zamanı ƏN ETİBARLI YER
Mütəxəssislərin fikrincə, mümkün nüvə müharibəsi zamanı dünyada ən təhlükəsiz yer Qara dənizin yanındakı mağaradır.
Rumıniyada yerləşən Movile mağarası 1986-cı ildə geoloq Kristian Lasku tərəfindən kəşf edilib.
5 milyon il yaşı olan mağaranın təbiəti milyonlarla ildir, dünyanın qalan hissəsindən təcrid olunub. Mağarada hava, su, istiik və rütubət hər zaman eynidir. Bu, canlıların yox olmasına imkan vermir, dolayısıyla, burada həyat məhv olmur.
Mütəxəssislərin fikrincə, mağaranın cəmi 50 metr dərinliyində və 240 metr uzunluğunda olması olduqca diqqətəlayiqdir. Çünki mağaranın bu xüsusiyyəti onu nüvə partlayışından və radioaktivlikdən qoruyacaq.
Beləliklə, mümkün nüvə qiyaməti ssenarisində bu mağara dünyanın xilası üçün B planı ola bilərmi? Türkiyəli professor Niyazi Meriçin fikrincə, bu mümkündür. Meriç bu cür düşünmə səbəbini açıqlayıb:
“Nüvə silahı çöldə partlayanda 4 min dərəcəyə çatan bir temperatur olacaq. Sonra bu, ətrafı tamamilə yandıracaq və daha sonra nüvə tullantıları görünəcək. Müəyyən bir müddət ərzində özünüzü qoruya bilsəniz, zamanla onlardan xilas ola bilərsiniz”.
Professor əlavə edib ki, xüsusilə ABŞ-dakı zəngin insanlar bu cür vəziyyətlər üçün yer altında sığınacaqlar qururlar.
O həmçinin qeyd edib ki, nüvə fəlakəti dünyadakı bütün insanları yox edə bilməz:
“Hamını öldürməsi mümkün deyil. Dünyada 13 min ədəd nüvə silahı var. Hamısı partladılsa belə, dünyadakı bütün insanları məhv edə bilməz”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"