"Bəzi qruplar qarşıdurma yaratmağa cəhd edirlər"

15:51 20-01-2019 | icon 375 | Cəmiyyət
"Bəzi qruplar qarşıdurma yaratmağa cəhd edirlər"

 

Bu gün Azərbaycan sürətlə inkişaf edir, Prezident İlham Əliyev Azərbaycanın inkişaf istiqamətlərini dəqiq müəyyən edib.

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, bu gün Azərbaycan xalqının qarşısında mühüm vəzifələr dayanır və ən mühüm məsələ Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaqdır:

 

"İkinci məsələ xalqın rifahını daha da yüksəltmək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında yerini daha da möhkəmləndirmək, Azərbaycanın daha da güclənməsinə nail olmaqdır:

“Prezidentimiz bu hədəflər üçün siyasi istiqamətlər müəyyən edib. Bütün dövlətlər müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir və inkişaf edir. Belə olan şəraitdə ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmaq və s. cəhdlər edirlər. Bu cəhdlər zamanı da mitinqlərdən istifadə edirlər”.

 

M.Qurbanlı bildirib ki, Azərbaycan demokratik dövlətdir, bu gün mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zaman arxada qalıb:

 

“Kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Məsələn, keçmiş "Məhsul" stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir. Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözlər deyirlər və onların söylədikləri bayat fikirlərə xalq heç reaksiya da vermir, verməyəcək də, çünki onların dediklərində hər hansı bir yenilik yoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin