"Erməni cinayətləri bununla bitmir"

13:57 19-10-2022 | icon 319 | Siyasət
"Erməni cinayətləri bununla bitmir"

Musa Ağayev: "Cinayətlərə, vurduğu zərərə görə təzminat ödəməlidir"

 

Ermənistanın II Qarabağ savaşı dövründə döyüş sahəsindən kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərini qadağan olunmuş raketlərlə atəşə tutmasından 2 il keçdi. 30 il erməni işğalı altında qalan və ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT-nin qətnamələrini öz gücü ilə həyata keçirdən Azərbaycan dövləti, post-müharibə dövründə də işğal və müharibənin fəsadlarını aradan qaldırmaq üçün çabalar göstərir. Azərbaycan ictimaiyyəti Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vandal, hərbi cinayətlərini müxtəlif aspektlərdə müzakirə etməklə yanaşı, nəhayət beynəlxalq güclərin də bu faktlara istinad edərək ədalətli mövqe sərgiləməsini gözləyir.

 

Gəncədə mülki əhalini raket zərbləri ilə qətlə yetirən, mülki yaşayış binalarını dağıdan erməni cinayətkarları nəhayət 2 ildən sonra beynəlxalq müstəvidə mühakiməyə çıxarılacaqmı?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Yeni Zaman Partiyasının sədri Musa Ağayev bildirib ki, Ermənistanın 2 il əvvəl Gəncədə törətdiyi hərbi cinayətlər nəticəsində həlak olan mülki vətəndaşlarımızın, eləcə də I-II Qarabağ savaşında hərbi cinayətlərə, terrora məruz qalan digər vətəndaşlarımızın hüquqları beynəlxalq müstəvidə müdafiə olunmalıdır.

 

“Gəncənin II Qarabağ müharibəsi dövründə bombalanmasının 2-ci ili tamam olur. Ermənistanın bu cinayəti üzündən 15 nəfər mülki insanımız həlak oldu, bir neçə nəfər yaralandı. Erməni cinayətləri bununla bitmir. Bu günlərdə ardıcıl olaraq işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlar və həmin məzarlarda əlləri, ayaqları kəmərlə bağlanmış insan cəsədləri aşkae edilib. Məlumdur ki, ermənilər o kütləvi məzarlarda basdırdıqları azərbayacanlılara işgəncə verib, onları diri-diri basdırıblar, güllələyiblər. Bu, ermənilərin faşist, vandal əməlləridir. Ermənilərin 30 il ərzində Azərbaycanda törətdiyi bu cür cinayətlərlər bağlı yüzlərlə faktlar var. I Qarabağ müharibəsində 20 min azərbaycanlı şəhid olub, 4 mindən yuxarı insan  itkin düşüb və bu günə qədər də Ermənistan onların haqqında heç bir məlumat vermir.  Azərbaycan tərəfi dəfələrlə Ermənistanla danışıqlarda, beynəlxalq təşkilatların vasitəsi ilə bu məsələni qaldırıb.  Ermənistan heç bir məlumat vermir, beynəlxalq təşkilatlar isə erməni cinayətlərinə susur. Ermənistanın istər II Qarabağ müharibəsdində Gəncəyə, Bərdəyə, Tərtərə atdığı raketlərin cəzası, istərsə də Azərbaycanın tarixi milli irsinin dağıdılması ilə bağlı faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlum olsa da, Ermənistana qarşı sərt sanksiyaların tətbiqini görmürük. Görünən odur ki, dünya, beynəlxalq təşkilatar ikilisatandartlara işləyir.  Ona görə də, YUNESKO kimi təşkilatların Azərbaycanın Ermənistan tərəfindən dağıdılan tarixi irsinin araşdırılması, qorunması ilə qəti addımlar atacağı da mübahisəli görünür”.

 

M.Ağayev bildirib ki, beynəlxlaq təşkilatlar böyük güclər tərəfindən -xüsusilə də ABŞ, Avropa dövlətləri tərəfindən idrə olunduğu üçün maraqlara xidmət edirlər:

 

“Fransa prezidenti Makronun oktyabrın 12-də veridyi müsahibə çox məqamı açığa çıxartdı. Fransa Praqa görüşündən sonra da Azərbaycanı dəhşətli müharibə törtəməkdə günahlandırır. O cümlədən deyirlər ki, Türkiyə ilə Rusya şərikli çıxış edərək bölgədə Azərbaycanın maraqlarına uyğun oynadılar. Eləcə də Baydenin, Blinkenin tutduğu mövqeyə uyğun olaraq beynəlxalq təşkilatlar da hərəkət edir. ATƏT-də, AŞPA-da, YUNESKO-da bu güclərin nəzarətindədir. Ona görə də biz bu güclərdən ədalətli mövqe gözləyə bilmərik”.

 

M.Ağayev bəyan edib ki, Ermənistan istər Gəncədə, istərsə də digər Azərbaycan ərazilərində törətdiyi cinayətlərə, vurduğu zərərə görə təzminat ödəməli, cəzalandırılmalıdır. Onun sözlərinə görə, bizə gələndə ödəmə mexanizmlərinin olmamasından danışan bu qurumlar, lazım olanda bütün vasitələrə əl atır:

 

“Bu gün Qərb Rusiyanın xarici banklarda olan vəsaitini Ukrynanın hesabına verəcəyini deyir. Amma Azərbaycanı ərazi bütövlüyü pozulanda və 30 il işğal dövründə Azərbaycanın torpaqları erməni vandallığı ilə dağıdılanda buna görə Ermənistana heç bir sanksiya tətbiq etmədilər. Bu gün də Azərbaycanın tarixi torpaqlarında Azərbaycanın tarixi mədəniyyət abidələri dağıdılır, 90 faiz tarixi mədəniyyət abidələrimizi, məscidlərimizi məhv ediblər. Amma beynəlxalq təşkilatlar susur.  Mən beynəlxalq təşkilatların, elə YUNESKO-nun da bizim tapdanan hüquqlarımızı öz xoşluğu ilə müdafiə edəcəyini gözləmirəm. Biz onları buna məcbur etməliyik. Amma etməyəcəklər. Ermənistanın Azərbaycana qarşı törətdiyi vandallığın sırasında tarixi mədəni abidələrimizin, tarixi irsimizin məhv edilməsi, qəbiridtanlıqalarımzızn bu gün də dağıdılması var”. (hafta.az)

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin