"Azərbaycan Prezidenti olduqca fəal xarici siyasət kursu həyata keçirir"

14:10 13-10-2022 | icon 238 | Geopolitika
"Azərbaycan Prezidenti olduqca fəal xarici siyasət kursu həyata keçirir"

 

 

“Prezident İlham Əliyevin oktyabrın 11-də Qırğızıstana səfəri və onun nəticələri bir daha onu göstərir ki, bu gün dövlətimizin başçısı Asiya regionunda da Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində çox ciddi diplomatik addımlar atır. Bu səfər çərçivəsində doqquz çox mühüm sənəd imzalandı. Bu sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldırır və hər iki dövlətin milli maraqlarına xidmət edir. Həmçinin türk dünyasında həmrəyliyin əldə edilməsi, qorunması, inkişafı mənafeyinə xidmət göstərir. Bu səfər çərçivəsində imzalanmış sənədlər ticarət-iqtisadi, nəqliyyat, humanitar sahələrdə, kiçik və orta biznesin inkişafı sahəsində, Dövlətlərarası Şuranın fəaliyyətinin genişləndirilməsi nöqteyi-nəzərindən, xarici işlər nazirləri arasında əlaqələrin daha da inkişafı prizmasından olduqca əlamətdardır. Eyni zamanda, Bakı ilə Bişkek arasında əlaqələrin yaranması baxımından dəyərlidir. Bütün bunlar, nəticə etibarilə hər iki dövlətin milli maraqlarına xidmət edir”.

 

Versus.az xəbər verir ki, bunu  Milli Məclisin deputatı Elman Nəsirov Prezidentin Astana görüşünü şərh edərkən bildirib.

 

“Bu səfər bir daha onu göstərdi ki, Qərb dünyasında olduğu kimi, Şərq dünyasında – Asiyada da Azərbaycan Prezidentinin şəxsiyyətinə çox böyük inam, ehtiram, etibar var. Əldə edilmiş razılaşmalar da məhz bu etibarın, yüksək münasibətin ifadəsi kimi qiymətləndirilməlidir”.

 

 

E.Nəsirov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev olduqca fəal xarici siyasət kursu həyata keçirir. Bu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə milli mənafeyinin müdafiəsinə yönəlib və konkret nəticələr əldə edib. Bu siyasət müstəqildir və milli maraqların müdafiəsinə söykənir. Məsələyə bu kontekstdə yanaşdıqda Prezident İlham Əliyevin həm Qərb, həm də Şərqi Asiya istiqamətində xarici siyasət vektorlarının ölkəmiz üçün çox böyük siyasi dividendlər gətirdiyi göz qabağındadır.

  

“İlham Əliyevi Qərb dünyasında – Avropada son dərəcə praqmatik Lider kimi qəbul edirlər. Onu mahir diplomat kimi tanıyırlar. Azərbaycan Prezidenti ilə danışıqlarında bu reallıqların fərqindədirlər. Xüsusilə də Prezident İlham Əliyevin son Praqa danışıqlarındakı diplomatik uğurları heç şübhəsiz ki, Qərbin aparıcı beyin mərkəzlərinin, siyasi liderlərinin, KİV-lərin diqqətindən yayınmır. Onlar bunu xüsusi vurğulayırlar. Təkcə bu istiqamətdə deyil, həm də Asiya istiqamətində Azərbaycan Prezidentinin olduqca çevik xarici siyasət kursu diqqəti cəlb edir.

Azərbaycan Prezidentinin türk dünyasının birliyinə, həmrəyliyinə, inkişafına göstərdiyi müstəsna xidmətləri nəzərə alaraq, bu ilin avqustunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif etdi. Bu, Azərbaycan Prezidentinin nüfuzuna, onun türk dünyasında oynadığı böyük rola verilən qiymət idi”.

 

 

“Türk dünyasının əzəmətli birliyinin maddi təməlləri möhkəmləndirilir”

 

Mili Məclisin deputatı Musa Qasımlı öz statusunda bildirib ki, tarixi günlərə şahidlik edirik.

 

“Gözlərimizin qarşısında türk dünyasının əzəmətli birliyinin maddi təməlləri möhkəmləndirilir.

Cənab Prezidentimiz İlham Əliyevin qardaş Qırğız Respublikasına rəsmi səfəri zamanı imzalanan sənədlər hər iki türk xalqının ürəyindən olmaqla yeni bir tarixin yaradılmasıdır”.

 

M.Qasımlı Azərbaycan-Qırğız sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata bəyanatlarında söylədikləri iki fikri xüsusi qabardıb.

 

“Prezident Sadır Japarov deyib: “Bu gün biz münasibətlərimizin strateji xarakterini bir daha təsdiqlədik, onları ən yüksək səviyyəyə çatdırdıq ki, bu da əcdadlarımızın tarixi vəsiyyətidir.

 

Prezident İlham Əliyev deyib: “Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Biz qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edirik”.

 

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı