"Bu, tək Ermənistanın istəyib, istəməməyindən asılı deyil"-MÜSAHİBƏ

14:30 17-10-2022 | icon 194 | Siyasət
"Bu, tək Ermənistanın istəyib, istəməməyindən asılı deyil"-MÜSAHİBƏ

 

 

Oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi və nəticədə Yelisey sarayının rəsmi saytında Praqa bəyanatı dərc edildi. Həmin sənədin 1-ci bəndində deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Bu sənəd sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.

 

Ən mühüm məqamlardan biri isə noyabr ayında sülh müqaviləsinin imzalanması ehtimalının önə çəkilməsidir. Proseslərin gedişi regionda sülhün bərqərar olunması naminə Ermənistanı sülh masasında oturda biləcəkmi? Ümumiyyətlə, region və maraqlı güclərin bu prosesdəki rolunu necə təhlil etmək olar?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Millli Məclisin deputatı Arzu Nağıyev çox mühüm nüanslara diqqət çəkib.

 

-Arzu müəllim, məlumdur ki, Praqada əldə olunan razılığa əsasən ilin sonuna qədər sülh müqaviləsinin imzalanması gündəmdə. Qərb Ermənistana təzyiq göstərir ki, sülh müqaviləsini imzalasın. İndiki şərtlər daxilində sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?

-Praqada çox ciddi bir görüş keçirildi.  Burda əsas məqam ondan ibarətdir ki,  məhz Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıması istiqamətində çox ciddi bir addım atıb.  bu gün ərazi bütövlüyünün tanınması çox ciddi bir şərtdir ki, gələcəkdə istər delimitasiya, demorkasiya, istər sülh müqaviləsi ilə bağlı proseslərə təkan verilsin.  Sülh müqaviləsinin imzalanması üçün bir neçə prosedurdan da keçmək lazımdır.  Müqavilənin imzalanması üçün də mütləq şəkildə sərhədlər müəyyən olunmalıdır,  delimitasiya, demorkasiya ilə bağlı komissiyalar öz işini daha ciddi qurmalıdır və tezliklə sərhədlər müəyyən olunmalıdır. Məhz 1991-ci ildə imzalanan ALMA-ATA deklarasiyasına uyğun olaraq sülh müqaviləsinin imzalanmasına gediləcəkdir. Əsas məqamlar budur. Yəni detalları ayrıd etmək üçün mütləq komissiyalar işləməlidir.

 

-Azərbaycan prezidenti müsahibəsində elan elədi ki, Qarabağ erməniləri ilə nə zaman danışıqlar aparacağımızı biz özümüz müəyyənləşdirəcəyik. Siz bu danışıqların formatını necə görürsüz. Danışıqlar ermənilərlə hansı əsaslarla aparılmalıdır və bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını necə görürsüz, nə zamana, hansı müddətə qaytarılmalıdır və hansı addımlar atılmalıdır?

-Azərbaycan prezidenti, cənab İlham ƏLiyev  təbii ki, Qarabağ erməniləri ilə bağlı çox mühüm açıqlama verdi. Bir daha qeyd etdi ki, ümumiyyətlə Azərbaycan ərazisində yaşayan hər bir etnik qrup, eyni zamanda hər bir millət Azərbaycan vətəndaşıdır və onların hər birinə eyni cür münasibət göstəriləcəkdir. Yəni biz tolerant, multikultural dəyərlərə hörmət edən bir dövlətik. Məhz  ermənilər də bu katiqoriyaya uyğun olaraq mütləq şəkildə, əgər Azərbaycan konstitusiyasını pozmayıblarsa, hər hansı bir cinayət törətməyiblərsə  və Azərbaycanın ərazisində yaşayaraq Azərbaycanın qanunları ilə öz gələcəklərini düşünürlərsə  mütləq şəkildə Azərbayacanda qalacaqlar və onlarla istənilənm sülh şəraitində yaşamağa hazırıq. Çünki bu bizim öz vətəndaşlarımız olacaq. Əks halda bunlar bizim etdiyimiz təkliflərə razı deyillərsə, yolları açıqdır, Azərbaycanı tərk edə biləllər. Əsas məqsədimiz dediyimiz o prinsiplərə uyğun olaraq o “statusdan” söhbət aparmadan, bu istiqamətdə danışıqlar aparmaqdır. Və məhz sülh müqaviləsi imzalandıqdan və hər hansı bir sülhməramlı qüvvəyə ehtiyac qalmadıqdan sonra  Azərbaycan etnik ermənilərin konstitision hüquqlarını ən yüksək səviyyədə qoruyacaqdır. Və təbii ki, aradan o qədər də böyük vaxt keçməyib. Çünki ortada, Allah rəhmət eləsin, Şəhidlərimiz var,  hər iki tərəfdən narazılıqlar həddindən artıq çoxdur. Ona görə də bu, bir qədər vaxt aparan məsələdir. Lakin biz ölkəmizdə yaşayan vətəndaşlarımızla dinc qururculuq həyatında bir yerdə olacağıq...

 

- Sülh prosesinin uğurla yekunlaşmasında Rusiya və Avropanın vasitəçiliyini necə müşahidə edir və müqayisəli təhlilini necə aparardınız. Sizcə, burda kim udur, kim uduzur,  Avropa nə istəyir, Rusiyanın istədiyi nədir?

-Ümumiyyətlə, vasitəçilik bu gün həm Rusiyanın, həm Avropanın ciddi cəhdlə atdığı addımlardır.  Məhz Avropa Birliyinin rəhbərliyi ilə keçirilən görüşlərdən sonra Rusiya ilə müvafiq görüşlər keçirilir. Yəni hər biri, istər Avropa, istər Rusiya olsun, sülh məsələlərində öz nüfuzlarını göstərməyə çalışırlar.Yəni təbii ki, müharibə vaxtı nə Avropa, nə Rusiya bizim hərbi yolla torpaqlarımızın azad edilməsinə maniə törətmədilər.  Heç maniə törətməyə haqları da yox idi.  Lakin buna baxmayaraq dolayı şəkildə bizim haqq səsimizi dəstəklədilər.  Və təhlillər aparanda bizim üçün həm Rusiyanın, həm Avropanın vasitəçiliyi önəmlidir. Çünki bizim son məqsədimiz sülhə nail olmaqdır.  Rusiya ilə qonşu dövlətik, strateji əhəmiyyətli müqavilələrimiz var, Avropaya inteqrasiya edən,  Avropanın enerji təhlükəsizliyi təhdidinin qarşısını almaqda iştirak edən bir dövlətik. Yəni  düşünürəm ki, hər iki tərəfin bu prosesdə iştirak etməsi Azərbaycanın xeyrinədir. Təbiidir ki, -kim qarşısına qoyduğu məqsədə nə qədər nail olmağa  çalışır və nə üçün bunu edir, artıq bu detallardır...

 

-Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan yol vermir. O zaman məsələ hansı şəkildə həll olunmalıdır ki, dəhliz açılsın?

-Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın mövqeyi belədir ki, onlar o yolu "dəhliz" deyil, sərhəd qoşunları və gömrükdən ibarət nəzarət buraxılış məntəqələrindən keçmək şərti ilə yol kimi vermək istəyirlər.  Düşünürəm ki, Zəngəzur, tək Ermənistan Azərbaycan məsələsi deyil, beynəlxlq məsələdir.  Burda söhbət beynəlxalq loqistikadan, beynəlxalq daşımalardan gedir.  Necə olursa olsun, bu məsələ həll olunacaqdır. 

 

-Bəs İranın Qarabağ, Zəngəzur məsələsinə yanaşması nədir və müşahidələr nə deyir?

-Təbii ki, burda İranın öz mövqeyi, Gürcüstanın və ümumilikdə hər bir regional dövlətin öz mövqeləri var.  İran düşünür ki, dəhliz ordan keçsə bura NATO qüvvələri və yaxud İsrailin, digər qüvvələrin qoşunları gələ bilər.  Və bu da Ermənistanla İran arasında olan məsafəni böyüdər.  Əslində dəhliz yaradılandan və kimlər tərəfindən qorunması gündəmə gəldikdən sonra İranla bu məsələyə aydınlıq gətirmək olar. Əslində buna elə bu gün də aydınlıq gəlib. Hətta İranın özünün ərazisindən də keçən dəhliz var. Yəni bu dəhliz məsələsi artıq öz həllini tapacaq və bu, tək Ermənistanın istəyib, istəməməyindən asılı deyil. Burda artıq beynəlxalq güclərdən, beynəlxalq qüvvələrdən söhbət gedir.  İranın Zəngəzur məsələsində əsas yanaşması bununla bağlıdır. Müşahidələr də göstərir ki,  bu prosesdə İranın da iştirakı labüddür.  Azərbaycan dövləti də bu istiqamətdə mühüm addımlar atdı və 2-ci dəhlizlə bağlı müqavilələrin imzalanması gündəmə gətirildi. Eyni zamanda unutmaq lazım deyil ki, böyük qonşumuzla, yəni İranla bizim 150 kilometrə yaxın sərhədlərimiz var və bunların da hamısı mütləq şəkildə nəzərə alınır.

 

-Arzu müəllim, necə hesab edirsiz, bu gün Türkiyə- Ermənistan münasibətlərinin normallaşması istiqamətdində nələr müşahidə olunur?

 -Regionda sülhün bərqərar olması beynəlxalq təhlükəsizliyə təhdidin qarşısının alınması deməkdir. Yəni, burda baş verən hər hansı proses dünyada təhlükəsizliyə təsir edən amillərdəndir. Çünki biz Rusiya-Ukrayna məsələsində də gördük ki, müharibə dolayı şəkildə bütün dövlətlərə də təsir elədi.

Bu gün eləcə də, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, həm regionun, həm beynəlxalq təhlükəsizliyə təhdidin qarşısını alan əsas meyyarlardan birinə çevrilə bilər. Məlumdur ki, Türkiyə Ermənistan diplomatik münasibətlərinin pozulması məhz Azərbaycanda-Qarabağda baş verən hadisələrlə bağlı idi.  Bu gün, artıq o proseslər öz həllini tapıb. Bu gün Ermənistana Türkiyə ilə sərhəddin açılması daha vacibdir. Çünki o sərhəddən normal şəkildə daşınmalar, loqistika və digər istiqamətdə istifadə edə bilər. Bu eyni zamanda Ermənistanın öz içində müəyyən qədər tənəzzülə uğramış iqtisadiyyatını qaldırmaq üçün lazımdır və burda  Türkiyənin rolu danılmazdır. Ona görə də Ermənistan bu münasibətlərin tənzimlənməsində daha maraqlı olmalıdır. Eyni zamanda unutmaq lazım deyil ki,  Türkiyə NATO-nun üzvüdür. Və Türkiyə-Ermənistan sərhəddi, NATO -Rusiya sərhəddi deməkdir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Türkiyə bu baxımdan  Ermənistanla münasibəti düzəltməklə, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin daha ciddi tənzimlənməsinə gətirib çıxarda biləcək addımlar atır. Bunlar çox mühüm məsələlərdir, bu istiqamətdə də işlər gedir. Komissiyalar işləyir və düşünürəm ki, bu, hər iki tərəfin, ümumiyyətlə regionun müsbət inkişafı üçün bir təkandır. (Həftə içi)

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı