İranla sərhəddə beton divar çəkməlidir - TƏKLİF

14:42 19-10-2022 | icon 412 | Siyasət
İranla sərhəddə beton divar çəkməlidir - TƏKLİF

Turan Rzayev: "Bu həm də İranın Zəngəzurla bağlı təhdidinə adekvat cavab olar"

 

"Finlandiya parlamenti Rusiya sərhədi boyunca hasar çəkilməsi təklifini dəstəkləyib. Baş nazir Sanna Marin inşası 4 il çəkəcək hasarın tikintisini müzakirə etmək üçün iclas keçirib. Görüşdən sonra mətbuata açıqlama verən Marin bununla bağlı payızda büdcəyə yenidən baxılacağını bildirib".

 

Versus.Az xəbər verir ki, bunu şərhində politoloq Turan Rzayev bildirib.

 

Politoloq qeyd edib ki, Finlandiyanın belə bir addım atması təsadüfi deyil:

 

"Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağını deməsi ilə iki ölkə münasibətləri gərginləşib. Görünür rəsmi Helsinki bu yolla Kremlə etirazını bildirir".

 

T.Rzayev vurğulayıb ki, Azərbaycan da İranla sərhəddə bənzər addım ata bilər:

 

"Söhbət iki ölkə arasında ümumi uzunluğu 765 km olan sərhəddə beton hasarların çəkilməsindən gedir. Məsələ ondadır ki, İran Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlər keçirməklə və təlimlər çərçivəsində Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməklə Azərbaycana real münasibətini göstərmiş oldu. Rəsmi Bakı da Tehranın bu addımına Finlandiyanın etdiyi kimi cavab verməlidir. Bu həm də İranın Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidinə adekvat cavab ola bilər. Bakı İran sərhədi boyunca beton hasarlar çəkərək həm də bu ölkədən Azərbaycana uzanan narkotik ticarətinin qarşısını da ala bilər. Misal üçün, ABŞ narkokartellər ilə mübarizə məqsədi ilə Meksika sərhədi boyu beton hasar çəkilməsinə başlayıb. Türkiyə də Suriya sərhədi boyu terror təhlükəsi ilə əlaqədar beton hasarlar çəkib. Bakı da öz növbəsində bu təcrübədən istifadə edə bilər".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...