Azərbaycanın düşmənə göz dağı olan daha bir Beynəlxalq Hava Limanı

13:21 20-10-2022 | icon 355 | Siyasət
Azərbaycanın düşmənə göz dağı olan daha bir Beynəlxalq Hava Limanı

Könül İsmayılova: "Ağalı kəndinin ardınca Beynəlxalq Hava Limanlarımızın açılışı dünyaya mesajlarımızdandır"

 

"Silahlı Qüvvələrimiz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vuruldu və 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə də ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı".

 
 
Versus.Az xəbər verir ki, bunu Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.
 
 
Zəngilan döyüşlərinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldığını vurğulayan K.İsmayılova qeyd etdi ki, oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. Eyni zamanda işğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi:
 
 
"“Böyük Qayıdış” layihəsinə uyğun olaraq Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi və Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salındı. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Cari ilin may ayında isə Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir".
 
 
Kğnül xanım oktyabrın 20-də həyata keçirilən Zəngilan Beynəlxalq Hava Limanının açılışı mərasiminə də diqqət çəkib:
 
 
"Ölkəmiz üçün mühüm hava limanının açılışında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Dövlətimiz, xalqımız üçün uğurlu olsun".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı