“ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” GÖNDƏRİLİR

17:23 20-10-2022 | icon 389 | Geopolitika
“ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” GÖNDƏRİLİR

Turan Rzayev: "ATƏT-in belə bir qrupu regiona göndərməsi düzgün deyil"

 

"Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət qrupun 21-27 oktyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfinə düşən hissələrində yerləşən rayonlara baş çəkəcəyi və nəticələr barədə məsləhətləşmələr keçirəcəyi gözlənilir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Turan Rzayev bildirib.

 

"Ümumiyyətlə, ATƏT-in belə bir qrupu regiona göndərməsi düzgün deyil: Birincisi, "ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrup ATƏT mandatına malik deyil. Yəni bu qrupun çıxaracağı hər hansı bir nəticə və ya hesabat ATƏT sənədi kimi qəbul edilə bilməz. İkincisi, bu təşəbbüsü Ermənistan irəli sürüb. Rəsmi Bakının belə bir tələbi olmayıb. Bu isə o deməkdir ki, qiymətləndirmə obyektiv deyil, məhz İrəvanın narahatlıqlarına dəstək olmaq məqsədi ilə aparılacaq. Birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil. Üçüncüsü, Azərbaycanın işğal olunmuş ərazilərində 2020-ci ilə qədər rəsmi Bakının belə missiyası ilə bağlı müraciəti Ermənistanın müqaviməti nəticəsində baş tutmayıb. Nəticə etibarilə ATƏT 30 ilə yaxın davam edən erməni işğalı dövründə bu cür təşəbbüs irəli sürsə idi, mənasız olardı. ATƏT missiyası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət etməkdən uzaqdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı