Prezidentlər arasında maraqlı qayçı dialoqu

17:30 20-10-2022 | icon 372 | Siyasət
Prezidentlər arasında maraqlı qayçı dialoqu

İlham Əliyev və Ərdoğanın qeyri-adi muzeyi

 

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

 

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsərkən iki ölkənin liderləri arasında maraqlı dialoq yaşanıb. 

 

Belə ki, Türkiyə Prezidenti lenti kəsmək üçün istifadə olunan qayçının qızıldan olub-olmadığını soruşub. 

 

Prezident İlham Əliyev isə qeyd edib ki, siz lenti kəsdikdən sonra qayçı qızıldan da qiymətli olacaq. 

 

Həmin süjeti təqdim edirik:

Məsələnin maraqlı tərəfi isə odur ki, R.T.Ərdoğan açılışında iştirak etdiyi obyektlərdə istifadə etdiyi qayçıları yığırmış. R.T.Ərdoğanın topladığı qayçıların sayı o qədər çox olub ki, həmin qayçılardan və kəsilən lentlərdən Türkiyədə muzey yaradılıb. Yəqin ki, R.T.Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında istifadə etdiyi qayçı da sözügedən muzeydə eksponat olaraq sərgilənəcək. 

 

Həmin muzeydən hazırlanmış reportajı təqdim edirik: 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...