"Zəngilandan bir daha bəyan olundu ki, Azərbaycanı tək sanma"

21:27 20-10-2022 | icon 430 | Siyasət
"Zəngilandan bir daha bəyan olundu ki, Azərbaycanı tək sanma"

“Azərbaycan-Türkiyə dostluğu dünən də möhkəm idi, bu gün də möhkəmlənir, sabah daha qüdrətli olacaq”

 

“Türkiyə-Azərbaycan dövlət başçılarının Zəngilan hava limanının açılışında birgə iştirakı bu cür iddialara, böhtanlara qarşı əsaslandırılmış bir cavab oldu. Azərbaycan -Türkiyə dostluğu dünən də möhkəm idi,  bu gün də inkişaf edir, sabah daha qüdrətli olacaq. Azərbaycan-Türkiyə münasibətlərndə soyuqluq yaratmaq istəyənllərin ümidləri heç vaxt doğrulmayacaq”. 

 

Versus.az xəbər verir ki, bunu ANAP sədri Abutalıb Səmədov Zəngilan Beynəlxalq Hava Limanının açılışı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışda iştirakının Azərbaycan və Türkiyə liderləri arasında səmimi dostluq və qardaşlıq münasibətləri, strateji tərəfdaşlıq, müttəfiqlik kontekstində əhəmiyyətini qeyd edərkən bildirib.

 

A.Səmədov qeyd edib ki, Türkiyə prezidentinin Azərbaycana növbəti səfəri və işğaldan azad olunmuş Zəngilanda hava limannın açılışına qatılması Azərbaycan-Türkyiə dostluğunun inkişafına işarədir:

 

“Bəziləri belə şaiyələr yaymağa çalışırlar ki, guya Türkiyə ilə Azərbaycan arasında müəyyən soyuqluq var.  Təbii ki, bunu arzulayanlar var. Bunlar təkcə Ermənistanda, İranda deyil, Azərbaycanın özündə də kifayət qədərdir. Və hər vasitə ilə elə təsəvvür yaratmağa çalışırlar ki, guya Azərbaycan Türkiyə arasında problemlər var və bunun da günahkarı guya Azərbaycan hakimiyyətidir. Çox güman ki, dövlət rəsmilərinin bu görüşü həmin qrupların pis niyyətlərini də gözündə qoyacaqdır”

 

Partiya sədri eyni zamanda bildirib ki, bu gün Zəngilanda Hava limanının açılışı və Rəcəb Tayyib Ərdoğanın bu açılışda iştirakı son günlər İranın bəyanatlarına və atdığı addımlara da bir cavabdır:

 

“Zəngəzur dəhlizinin açılması məsələsi ən azı Ermənistan qədər, İranı da narahat edir. Ardıcıl etiraz bəyanatları verən İran bununla kifayətlənmədi və Azərbaycanla sərhəddə güc nümayişinə başladı. İran bununla güman edir ki, Azərbaycanı qorxuda bilər və hakimiyyəti Zəngəzurla bağlı düşüncələrindən imtina etməyə məcbur edə bilər. İranı qorxudan  məsələ Zəngəzur dəhlizinin Ermənistan deyil, Azərbaycanın nəzarətində olmasıdır. Ermənistanla əlaqələrinin kəsiləcəyindən və Türk dövlətləri ilə əhatə olunacağı ilə çəkinən İran nəyin bahasına olursa -olsun Zəngəzurun Ermənistanın nəzarəti altında olmasına çalışır. Ermənistanda bəzi qüvvələr, erməni mətbuatında çıxış edən “politoloqlar” İranın Azərbaycana hücum edəcəyini və bir sıra əraziləri işğal edəcəyi barədə proqnozlar verirlər.

Ancaq bu qeyri-mümkündür, İran bu qədər ağılsız addımlar ata bilməz. Zəngilandan bir daha bəyan olundu ki, Azərbaycanı tək sanma! Azərbaycana qarşı atacağınız hər hansı addımdan sonra qarşında Azərbaycan-Türkiyə İttifaqını görəcəksiniz. Təbii ki, İran güc nümayişindən o tərəfə keç bilməz”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür