“Bu, Fransaya baha başa gələ bilər”

21:30 20-10-2022 | icon 478 | Geopolitika
“Bu, Fransaya baha başa gələ bilər”

 Elxan Şahinoğlu: "Fransa Avropa İttifaqının üzvüdür, odur ki, Brüsselin vasitəçiliyi yetərlidir”

 

“Fransa prezidenti Emmanuel Makron son müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi ilə Parisin vasitəçiliyinə zərbə vurub”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Makronun Azərbaycanla bağlı qərəzli açıqlamasında bildirib.

 

“Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri arasında dördlü format əsasında görüş və müzakirələrin aparılması ideyası Makrona məxsus idi. Vasitəçi tərəfsiz olmalıdır. Ancaq Makron dözmədi və növbəti dəfə bu adi prinsipi pozdu. Halbuki, ondan əvvəlki prezidentlər Jak Şirak, Nikola Sarkozi və Fransua Olland ermənilərə simpatiyalarına baxmayaraq, Azərbaycan əleyhinə açıqlamalardan çəkinirdilər. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “mərkəzindədir””.

 

Politoloq hesab edir ki, Makron Ermənistanla Azərbaycanın xəritəsini səhv salıb, diqqətlə baxsaydı Qarabağın Azərbaycanın içərisində olduğunu və Ermənistanla sadəcə dəhlizi olduğunu görərdi:

 

“Fikrimcə, rəsmi Bakı Makronun prezidentliyi dövründə Fransanın vasitəçilik təşəbbüslərindən imtina etməlidir. Makron ermənipərəst mövqeyi ilə yalnız ölkəsinin vasitəçilik imkanlarına zərbə vurmadı, eyni zamanda elə Ermənistana da ayı xidməti göstərdi. Çünki Makron müsahibəsində guya Rusiyanın Azərbaycanı dəstəklədiyini vurğulayaraq Parisin ermənilərin yanında yer aldığını bildirib. Rusiya Xarici İşlər Nazirliyi Makronu tənqid edən bəyanat yayıb. Bu bəyanat həm də İrəvana mesajdır ki, Makrona minnətdar olsanız, haminiz Kremlin qəzəbinə tuş gələcəksiniz”.

 

Politoloq Makronun müsahibəsində “Fransa Azərbaycandan qaz alımır” yalanına da aydınlıq gətirib. Onun fikrincə, bu, Fransaya baha başa gələ bilər: 

 

“Necə yəni almır? Fransanın nəhəng “Total” şirkəti Azərbaycanın “Abşeron” yatağında əsas opreatorlardan biridir, Dövlət Neft Şirkəti ilə birgə 50 faiz paya malikdir. Makron belə davam edərsə, pay bölgüsünə yenidən baxmaq lazım gələcək.

Azərbaycanla Ermənistan arasında 3 vasitəsçi – Rusiya, ABŞ və Avropa İttifaqı var. Fransa dördüncü vasitəçi kimi özünü sırımağa çalışır. Makronun ermənipərəst mövqeyini əlimizdə rəhbər tutaraq Parisin vasitəçi təşəbbüslərindən imtina emtəliyik. Fransa Avropa İttifaqının üzvüdür, odur ki, Brüsselin vasitəçiliyi yetərlidir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...