Zəngilan Hava limanından hansı mesajlar verildi?-açıqlama

09:53 21-10-2022 | icon 418 | Geopolitika
 
Zəngilan Hava limanından hansı mesajlar verildi?-açıqlama

 

 

Bu gün Zəngilan rayonunun İşğaldan azad olunduğu gündür. Məhz bu gün Zəngilanda Beynəlxalq Hava Limanın açılışı mühüm bir tarixi hadisə kimi dəyərləndirilməkdədir. Bu gün Azərbaycan dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birlikdə Zəngilan hava limanının açlışında iştirakı isə bu tarixi olayın əhəmiyyətini daha da artırmaqla, dünyaya mühüm mesajlar verməkdədir. Türkiyə-Azərbaycan prezidentlərinin Azərbaycanın işğaldan azad olunmuş rayonlarında baş tutan ikinci görüşünün siyasi əhəmiyyəti ilə  bağlı nələri söyləmək olar. Zəngilan Hava Limanında iki türk dövlət başçısının keçirdiyi görüş regiona nə vəd edir və dünyada sülh və hərb nümayşçilərinə hansı cavabı vermiş olacaq?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə  açıqlama verən siyasi şərhçi Əhəd Məmmədli Zəngilan Hava Limanının açılışının regionun, işğaldan azad olunmuş ərazilərimizin inkiafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, hər zaman liman şəhərlərinin daha çox inkişaf etməsi nümunələrinə diqqət çəkib.

“Məsələn, Bakının paytaxt olmasının bir səbəbi neft yataqlarıdırsa, həm də bir liman şəhəri olmasıdır. Eləcə də İstanbulun üstünlüyü onun liman şəhəri olmasındadır. Bu mənada çox şəhərləri, dövlətləri qeyd edə bilərik. Müasir dünyada şəhərlərin inkişafı orda hava limanlarının, sahil şəhərlərinin, dəmir yallarının olması ilə səciyyələnir. Ona görə də işğaldan azad olunan ərazilərimizdə Füzulidə, Zəngilanda, daha sonra Laçında açılacaq hava limanları regonun inkişafına təkan verəcək, ermənilərin işğal dövründə dağıtdığı ərazilərimizin bərpasını təmin edəcək və bu torpaqların əsl sahiblərinin kimliyini bəyan edəcəkdir”.

Ə.Məmmədli Zəngilan Beynəlxalq hava limanının açılışının siyasi əhəmiyyətini danılmaz hesab edib. Onun fikrincə, Hava limanının siyasi strateji əhəmiyyəti böyükdür.  

“Azərbaycan əraziləri işğal altında qalanda o yerlər xarabalığa çevrilmişdi. Azərbaycan öz torpaqlarını azad edəndən sonra o yerlərdə qısa müddətdə bərpa prosesinə başladı. Məhz dünyaya bir daha aydın oldu ki, məhz torpağın əsl sahibləri onun qayğısına qala bilər, abadlaşdıra bilər. Bu, torpaqların əsl sahiblərinin kim olduğunu dünyaya  göstərir”.

 

Politoloq Zəngilanın işğaldan azad olunduğu bu gündə, həm də Beynəlxalq Hava limanının açılışına qatılan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərini xüsusilə əlamətdar və dünyaya verilən mühüm bir mesaj kimi dəyərləndirib.

 

"Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri bir mesajdır.  İranın Azərbaycanın sərhədlərinə yaxın  "Qüdrətli İran" adlı hərbi təlimlər keçirməsi zamanında bu səfərin xüsusi əhəmiyyəti var. 2000-ci ildə İran qırıcıları Azərbaycanın hava məkanını pozub  az qala Salyana qədər gəlib çıxmışdı. O vaxt "Türk Yıldzları" Bakıda uçuş etdilər.  O zaman İran Azərbaycana qarşı bu aqressiyasından əl çəkdi.  Görünür ki, İranda Azərbaycana qarşı bir aqressiya dalğası yenə yaranıb”.

Ə.Məmmədli qeyd edib ki, qardaş ölkənin dövlət başçısının belə bir vaxtda  Zəngilana səfəri, orada açılışda iştirak etməsinin həm siyasi, iqtisadi, sülh və həm də bir  hərb mesajı var.  

“Bununla İrana deyilir ki, Azərbaycana hədə-qorxu gəlmə,

Azərbaycana hədə gəlmək istəsən qarşında nəhəng, böyük Türk dövləini,  Türk ordusunu görəcəksən”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI