Onun haqqında zorla məhkəməyə gətirilmə qərarı çıxarıldı

09:55 21-10-2022 | icon 435 | Şou-biznes
Onun haqqında zorla məhkəməyə gətirilmə qərarı çıxarıldı

Məşhur türkiyəli şoumen Mehmet Ali Erbil haqqında zorla məhkəməyə gətirilmə qərarı çıxarılıb.  

 

Erbil klipində rol alan müğənni Ece Ronay Biliri təzyiq və təhdid etməkdə ittiham olunur.

 

Şoumen barəsində ümumilikdə 8 il 10 ay həbs cəzası istənilib və zorla gətirilmək barədə qərar çıxarılıb. Lakin o, səhhətində yaranan problemləri bəhanə edərək məhkəməyə qatılmayıb. Bu halda təqsirləndirilən Ərbilin yenidən zorla gətirilməsi barədə qərar verilib.

 

Anadolu 67-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda Ece Ronay Bilir iştirak etdiyi halda, Mehmet Əli Ərbil tərəfdən vəkilləri olub. Ece Ronay Bilir şikayətinin davam etdiyini bildirib və Erbilin cəzalandırılmasını istəyib.

 

“Sosial media platformalarında açdığı canlı yayımlardan da göründüyü kimi, müttəhimin səhhəti yerindədir” - deyə, Ece Ronayın vəkili qeyd edib. Mehmet Ali Erbilin vəkili isə bildirib ki, müvəkkili keçirdiyi əməliyyat və tibbi rəy əsasında üzrlüdür. “Növbəti məhkəməyə hazır olacaq”, - deyə o əlavə edib.

 

Məhkəmə müvəqqəti qərarını açıqlayıb. Təqsirləndirilən Mehmet Ali Erbilin zorla gətirilməsinə qərar verib və iclası təxirə salıb. /Haber Global/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı