Toyda qidadan ZƏHƏRLƏNDİLƏR

10:04 21-10-2022 | icon 500 | Hadisə
Toyda qidadan ZƏHƏRLƏNDİLƏR

Şəki şəhərində keçirilən toy məclisində qida zəhərlənməsi baş verib.

 

Versus.Az xəbər verir ki, hadisə rayonun Şin kəndində keçirilən toyda olub.

 
 

Rayonun Baş Göynük kənd sakinləri - 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov, 1961-ci il təvəllüdlü Sənyarə İbrahim qızı Aslanova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Surayə Həsən qızı Cəfərova, eyni zamanda, Balakən rayon sakini 1958-ci il təvəllüdlü Hidayət Həsən oğlu Aydəmirov və qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

 

Onlardan müvafiq nümunələr götürülüb və evə buraxılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, daxil olmuş məlumat əsasın Şəki Şəhər Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən şadlıq sarayına baxış keçirilib:

 

“İstifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Xəstəxanaya müraciət edən 7 nəfərin hər birinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb və hazırda faktla bağlı araşdırma aparılır”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Ən çox və ən az kredit verən BANKLAR