ATƏT-ə nə ehtiyac var?

10:17 21-10-2022 | icon 438 | Siyasət
ATƏT-ə nə ehtiyac var?

Fuad Əliyev: "ATƏT yalnız Ermənistanın maraq dairəsindədir"

 

Oktyabrın 21-27-də ATƏT Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupunu göndərəcək. ATƏT-in missiya göndərməsi absurd addım olduğundan, bu, Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki bunun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan ictimaiyyətinin haqlı olaraq bu sual yaranıb: Əgər Avropa İttifqaı (Aİ) regiona missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, bu missiya yalnız Ermənistanın maraq dairəsindədir.

 

Fuad Əliyev vurğulayıb ki, ATƏT bu vaxtadək Qarabağ münaqişəsinin həllində heç bir müsbət addım atmayıb:

 

"Ermənistan hakimiyyəti Azərbaycanla sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə müraciət edib. Vaxtilə ATƏT-in faktaraşdırıcı missiayası işğal olunan torpaqlarımızda olublar, vandallığı gözləri ilə görüblər, onun da şahidi olublar ki, Ermənistan bizim torpaqlarda necə süni məskunlaşmaya yol verib. Nəticəsi nə oldu? Missiya üzvləri turist kimi gəlib, turist kimi də getdilər. Heç bir ölçü götürmədilər. Ümumiyyətlə, bu təşkilatın Azərbaycan-Ermənistan münaqişəsinin həllində heç bir rolu olmayıb və olmayacaq da. Bir də hazırda 40 müşahidəçinin daxil olduğu Avropa İttifaqının mülki missiyası bölgəyə göndərilir. ATƏT-ə nə ehtiyac var?”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI