"Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasət..."-MÜSAHİBƏ

10:52 19-10-2022 | icon 273 | Siyasət
"Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasət..."-MÜSAHİBƏ

 

 

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, böyük şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

 

Xalqımızı  zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardan Heydər Əliyevin yaşadığı bu ömürün adı -AZƏRBAYCANDIR! Və əbəs yerə deyilmir ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Heç əbəs yerə deyil ki, məhz Prezidentin sərəncamına əsasən “2023-cü il Heydər Əliyev ili” elan edildi.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə  müsahibə verən Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov maraqlı nüanslara diqqət çəkib.

 

 

-Eldar müəllim, Prezidentin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinin əhəmiyyətini necə dəyərləndirərdiniz?

 

-  2023-cü ili “Heydər Əliyev ili” elan olunması ilə bağlı Prezidentin imzaladığı sərəncam  xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, ulu öndəri dünyada böyük bir siyasi xadim kimi tanıyırlar. Amma bunun əsas mahiyyəti ondan ibarətdir ki, gənc nəsllər Ulu öndəri tanımalı, öyrənməlidir. “Heydər Əliyev ili” ulu öndərin 1993-2023-cü illərdə -20 il ərzində həyata keçirdiyi işləri gənclərə bir daha anladacaq.

Bununla yanaşı, düşünürəm ki, bütün hallarda türkdilli dövlətlərdən tutmuş, bir çox digər dövlətlər də ulu öndərin 100 illiyi ilə əlaqədar tədbirlər keçirmək arzusunda olacaqlar.

Elə xalqlar var ki, min ildə Heydər Əliyev kimi şəxsləri dünyaya gətirməyib. Amma çox şükürlər olsun ki, Azərbaycan xalqının Heydər Əliyev kimi dahi oğlu var və o, canından əziz tutduğu Azərbaycan xalqını həmişə ucalara qaldırıb.

Azərbaycan xalqı xoşbəxt xalqlardan biridir ki, Allah ona böyük, dahi bir dövlət xadimi, xalqın xilaskarı, müstəqilliyimizi qoruyan, əbədi dönməz edən belə bir insan qismət edib. Bu gün dövlətimiz də fəxr edir ki, varlığı belə bir dahi şəxsiyyətin adı ilə bağldır. Ulu öndər Azərbaycanın fəxridir, qürurudur. Hesab edirəm ki, ulu öndərin böyük xidmətləri qarşısında belə bir sərəncam lazım idi.

 

 

-Ulu öndər Heydər Əliyevin Azərbaycanı birincilər sırasına çıxardan dövlət xadimi kimi qısa da olsa necə xarakterizə etmək olar?

- Heydər Əliyev kimi tarixi şəxsiyyət haqqında saatlarla danışmaq olar. Heydər Əliyevin siyasi həyatının ümumən 2 hissəyə bölsək, biri sovetlər, digəri isə müstəqil Azərbaycan dövrünə  təsadüf edir.

Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndə Azərbaycan keçmiş SSRİ-də öz inkişafına görə ən geridə qalmış respublikalardan biri idi. Məhz Ulu Öndərin hakimiyyətə gəlməsindən qısa müddət sonra görülən işlər nəticəsində Azərbaycan ən axırınci resbuplikalardan, ən öndə dayanan resbublikalardan birinə çevrildi. Ulu öndər Azərbaycanda bir çox məsələlərdə -iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və digər sahələrdə böyük dönüş etdi. Ümummilli Lider Sovet büdcəsi hesabına Bakıda neftayırma zavodlarını yenidən qurdurdu. Düzdür, o vaxt biz keçmiş ittifaqa neft verirdik, amma Heydər Əliyev SSRİ-nin büdcəsi hesabına Azərbaycanda quruculuq, abadlıq işləri həyata keçirdi. Həmin illərdə respublikamızda nə qədər binalar tikildi, böyük müəssisələr yaradıldı.

 

-Onun növbəti dəfə hakimiyyətə dönüşünü zəruri edən səbəblər nə idi?

-Heydər Əliyevin müstəqilli dövründə hakimiyyətə qayıdışı asan olmadı. 1990-cı ilin 22 iyununda Moskvadan Naxçıvana qayıtdı. Bilirsiz ki, 19 avqusta sovet hökuməti dağıldı. Amma Azərbaycanda hakimiyyətsizlik yaranmışdı. Bakıda olduğu kimi Naxçıvanda da vəziyyət ağır idi. O vaxt “DEM blok”, “Kom blok” var idi. Hərə Ali Sovetə öz blokundan sədr seçmək istəyirdi. Amma ağıllı insanlar yığışdılar. Mən də o vaxt Ali Sovetin deputatı idim, o vaxt çıxış edib dedim ki, bu gün Heydər Əliyevin Naxçıvanda alternativi yoxdur, Heydər Əliyev olmasa Naxçıvanın ermənliər tərəfindən işğalı qaçılmaz olacaq.

Nəhayət, proseslər Heydər Əliyevin Naxçıvanda Ali Sovetə sədr seçilməsi ilə yekunlaşdı. Ondan sonra Heydər Əliyev Naxçıvanı qorudu. Və təbii ki, Naxçıvanda gördüyü işlərin nəticəsində və o vaxtkı hakimiyyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyünün səhvləri üzündən 1992-ci il iyunun 4-də Gəncə hadisələri baş verdi. Qiyam oldu, qan töküldü...

1993-cü ilin iyun hadisələrindən sonra Azərbaycanın bütün bölgələrində insanlar Ulu Öndərdən Naxçıvandan Bakıya dönməsini təkidlə tələb edirdilər. Onların ümidi Ulu Öndər idi. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və bildiyiniz kimi, ayın 13-də Ali Sovetdə keçirilən iclasda çıxış edərək Gəncəyə getdi. Ayın 15-də isə Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Və təbii ki, Heydər Əliyev Ali sovetə sədr seçilən kimi də Azərbaycanı bu qoçu dəstələrindən qorudu. Cənubda Əlikram Hümbətovun Talış Muğam Respublikası yaratmaq iddiası ilə baş verən hadisələri, Şimalda sadvalçı separatçı qüvvələrin hərəkatını yatırtdı. Bakının özündə dövləti qoçu dəstələri idarə edirdi. Heydər Əliyev bunların hamısını yerində oturtdu və torpaqlarımızı işğaldan müəyyən dərəcədə qorudu...

Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Ulu Öndərin atdığı ən mühüm addımlardan biri 1994-cü ildə atəşkəs haqqında sazişin əldə edilməsi oldu. Ölkəni böhrandan çıxarmaq üçün müharibə dayandırılmalı, daxildə ictimai-siyasi sabitlik təmin edilməli idi.

Ən önəmlisi isə "Əsrin müqaviləsi” kimi tanıdığımız neft müqaviləsinin imzalanması idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP, TAP kimi qlobal iqtisadi layihələrin də əsası məhz Ulu Öndər Heydər Əliyevin zamanındı atdığı addımlarla, həyata keçirdiyi xilaskarlıq missiyası ilə birbaşa bağlıdır.

O vaxt Azərbaycan adlı bir məmləkət yox dərəcəsində idi. Həmin vaxtlar 11 transmillli şirkət Heydər Əlyev şəxsiyyətinə inanaraq  bu müqavilədə iştirak elədilər. Bu müqavilələrin də Azərbaycana çox böyük əhəmiyyəti, xeyri oldu. Bu gün də möhtərəm Prezidentin apardığı işlər nəticəsində həmin layihələr artıq Azərbaycanı dünyada Avropanın enerji təhcizatında xüsusi rolunu oynamaqdadır.  

Məsələn, Aqrar Siyasət Komitəsinin sədri kimi 1996-cı ildə biz torpaq islahatını apardıq. SSRİ respublikaları içərisində yeganə olaraq Azərbaycanda çox rahat, düzgün islahat getdi. Münbit torpaqlar insanlara paylandı -xüsusi mülkiyyətə verildi. Bunun da nəticəsində istehsal olunan kənd təsərrüfatı məhsullarının 98 faizi ancaq buna görə təmin olundu. 

Bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə Azərbaycanı daha böyük zəfərlərə doğru aparır. Məhz Heydər Əliyev yolunun Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, xalqımız böyük qələbə sevincini yaşadı.

 

 

-Artıq iki ildir ki, Azərbaycan öz zəfər tarixini yaşıyır. Əlbəttə ki, bu iki il ulu öndərin apardığı siyasətin Prezident tərəfindən uğurla sonlandırılması və tarixə qızıl hərflərlə yazılmasıdır. Bu məqamı necə dəyərləndirərdiz?

-Əlbbəttə ki, əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasəti möhtərəm prezidentimiz, onun layiqli davamçısı həyata keçirir. Bizim hamımızın yaralı yerimiz olan Qarabağı işğaldan azad etdi. Özü də necə: 30 il işğal altında olan torpaqları 44 gün ərzində işğaldan azad etdi. Təbii ki, möhtərəm prezdentimiz də hakimiyyətə gəldiyi 2003-cü ildən indiyə qədər ordumuzu gücləndirib, odunu ən müasir silahlarla təmin edib. Bunu da qeyd etmək lazımdır ki, bu müharibədə Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk qardaşlarımızın bizə olan qayğı nəticəsində bu qələbəni əldə etdik. Bu gün Azərbaycan xalqı- bizim hər birimiz qürur hissi keçirdirik ki, əgər biz dünənə qədər məğlub dövlətin məğlub vətəndaşları idiksə, bu gün qalib ölkənin qalib vətəndaşlarıyıq. Biz bununla qüruru duyuruq. Bundan böyük nə ola bilər...Torpaqlarımz geri qayıdıb və bu gün o ərazilərdə çox böyük bərpa quruculuq işləri gedir. Və Heydər Əliyevin siyasi xətti ilə biz əsas hədəflərimizə, məqsədlərimizə çatacağıq.  Bu yolda bizim qarşımıza çıxan heç bir maniə yolumuzu kəsə bilməz. Belə maniələr yaratmaq istəyənlər çoxdur, amma onların heç biri prezidentimizin apardığı , onun dərin təməllər üzərində qoyulmuş siyasəti qarşısında dayana bilməyəcək və biz istəyimizə nail olub, ölkəmizi günü-gündən çiçəkləndirəcəyik.

 

-Eldar müəllim, ulu öndər Heydər Əliyev hər zaman dünya azərbaycanlılarını həmrəyliyə çağırıb. Ulu öndər dünyada yaşayan həmvətənlərimizin əlaqəli şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini hər zaman qeyd etməklə, həmrəyliyin əsasını qoydu. O, dünya azərbaycanlılarını Azərbaycan naminə vahid bir güc olmağa səslədi. Heydər Əliyevin qoyduğu bu ənənə bü gün dünyada yaşayan azərbaycanlıların vahid mərkəzdən koordinasiyası baxımından necə qorunur, necə inkişaf edir?

-Heydər Əliyevin dövlət, milli dəyərlərimiz naminə dünya azərbaycanlılarının vahid bir gücə çevrilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sərgilədiyi həmrəylik ideoloji siyasi xətti bu gün də yaxşı mənada irəliləməklə müşahidə olunmaqdadır...

...17 noyabr 1990-cı ildə Naxçıvan Ali Sovetinin sessiyası çağrıldı. Heydər Əliyev orda Azərbaycan Xalq Cumhuriyyətinin siyasi bayrağını qaldırmaqla bizə göstərdi ki, bizim yolumuz müstəqillikdir. Və o vaxt “sovet sosialist respublikası” sözləri də yığşdırıldı. Eləcə də 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olundu. Bu gün də bizim diasporalarımız dünya səviyyəsində, ayrı-ayrı ölkələrdə özünəməxsus şəkildə xüsusi işlər aparırılar. Hesab edirəm ki, bu çox fərəhli bir haldır.(Həftə-içi)

 

Tahirə Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı