"Qara qüvvələrə yönəlmiş ciddi messaj"-AÇIQLAMa

12:12 21-10-2022 | icon 736 | Siyasət
"Qara qüvvələrə yönəlmiş ciddi messaj"-AÇIQLAMa

 

“Zəngilanın işğaldan azad olduğu gün  Zəngilanda növbəti  Hava Limanının açılması böyük  əhəmiyyətə malik olan bir hadisədir. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə  müasir tipli Beynəlxalq aeroportların  tikilərək istismara verilməsi Azərbaycan Respublikasını hansı iqtisadi potensiala malik olmasının bariz göstəricisidir.  Qarabağ  zonasında gələcəkdə  üç hava limanının fəaliyyət göstərməsi , bu regionun istər iqtisadi, istərsə də geostrateji cəhətdən nə qədər mühüm əhəmiyyətli olduğunu göstərir”.

 

 

Versus.az xəbər verir ki, bunu AKP sədri Rauf Qurbanov Zəngilanın İşğaldan azad olunduğu gün Türkiyə Prezidenti ilə Azərbaycan Prezidentinin iştirakı ilə Zəngilan Hava limanının açılışı, əhəmiyyəti, geopolitik müstəvidə verdiyi mesajlarla bağlı açıqlamasında bildirib.

 

Partiya sədri bildirib ki, Azərbaycan prezidenti  ilə yanaşı  qardaş Türküyə Respublikasının prezidenti  Tayyib  Ərdoğanın da  Zəngilan Beynəlxalq Hava limanının açılışında iştirak etməsi dövlətlərimiz arasında münasibətlərin nə qədər  sıx və yaxın olduğunu təsdiq edir. 

 

“Türküyə və Azərbaycan Respublikaları arasında bu cür  mehriban və dostluq əlaqələrinin olması xalqımızın gələcək rifahını istəməyən qara qüvvələrə yönəlmiş ciddi mesajdır”.

 

R.Qurbanov belə bir ərəfədə İran İslam Respublikasının Araz çayının yaxınlığında hərbi təlim keçirməsinə gəlincə, bildirib ki, nəzərə almaq lazımdır ki, öz sərhədləri çərçivəsində  təlim keçirmək  hər bir dövlətin müstəsna hüququdur. Azərbaycan da eyni ilə İranın dövlət  sərhəddinə yaxın ərazidə istədiyi vaxt hərbi təlimlər keçirə bilər.

 

“ Mən,  Azərbaycanı əhatə edən dövlətlərlə , o cümlədən Cənib qonşumuzla  münasibətlərimizin  gərginləşməsinin tam əlehinəyəm və hesab edirəm ki, buna hər iki tərəfdən cəhd göstərən  qüvvələr düşmən dəyirmanına su tökürlər.

 Azərbaycan və İran prezdentlərinin  apardıqları siyasətə uyğun olaraq,  iki qonşu  dövlət arasında mehriban və işgüzar əlaqələrin olması, regionda sülhün və əmin-əmanlığın daha da möhkəmlənməsinə və sabitliyin davamlı olmasına  xidmət edir”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür