"Burda ATƏT-in, Ermənistanın gizli və təhlükəli niyyətləri var"-açıqlama

14:56 21-10-2022 | icon 431 | Siyasət
"Burda ATƏT-in, Ermənistanın gizli və təhlükəli niyyətləri var"-açıqlama

 

 

ATƏT “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupu Ermənistana göndərir. Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət bu qrupun 21-27 oktyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfinə düşən hissələrində yerləşən rayonlara baş çəkəcəyi və nəticələr barədə məsləhətləşmələr keçirəcəyi gözlənilir.

 

Nəzərə alsaq ki, həmin bu beynəlxalq qurumlar Azərbaycanın 30 il işğala məruz qoyulduğu və iki il olar ki, işğaldan azad etdiyimiz torpaqlarımızda hər hansı bir qiymətləndirmə və düzgün bir fəaliyyət ortaya qoymayıb. Azərbaycan Ermənistanın Azərbaycanda törətdiyi cinayətləri – milli – mədəni irsimizin necə məhv edilməsini öz gözləri ilə görmələri üçün bu təşkilatları  çox dəvət edir. Amma bu qurumlar nədənsə, işğalçının, cinayətkar Ermənistanın sözünü eşidir və bu günlərdə onun ərzisində qiymətləndirmə aparacaq...

 

Dünən Zəngilan Hava Limanının açılışında iştiak edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə diqqət çəkdiyi reallıqlar Avropa Birliyinin, Qərbin əsl simasını bir daha açığa çıxardı. Ortada olan faktlar Azərbaycana olan münasibətə Qərbin, Avropanın ikilistandartını, reallıqdan, ədalətdən uzaq olduqlarını bir daha ortaya qoydu.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bunları söyləyib:

 

"İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər. Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq".

 

İşğal olunan, dağıdılan Azərbaycan torpaqları olduğu halda ATƏT-in “Qiymətləndirmə missiasını” Ermənistana göndərməsi məntiqsiz görünür Və sual olunur; ATƏT belə bir missiyanı Ermənistana göndərməklə nəyə nail olmağa çalışır. ATƏT-in işğalçıya qarşı sərgilədiyi bu addım nə dərəcədə düzgündür?

Versus.az xəbər verir ki, siyasi şərhçi Aydın Quliyev mövcud vəziyyəti hafta.az-a şərh edərək bildirib ki, bu gün nə Ermənistan, nə də ATƏT-in özünün rəhbərliyi, "ATƏT-in qiymətləndirmə missiyası"nın Ermənistana göndərilməsinin hansı zərurətdən əmələ gəldiyinə heç bir təminatlı izah verə bilmir.  Ona görə ki, burda həm ATƏT-in, həm Ermənistanın gizli və açılmasını istəmədikləri təhlükəli niyyətləri var.

 

“ATƏT Minsk Qrupunun həmsədrlər formatının uğursuzluğundan sonra yenidən bölgə proseslərinə qayıtmaq üçün hər cür imkanı reallışdırmağa çalışır. Təbii ki, ATƏT-in bu cəhdinin arxasında konkret ölkələr, o cümlədən də Fransa var və nəyin bahasına olursa olsun, ATƏT-i həmsədrlər institinun uğursuzluğundan və bölgəni tərk etməsindən sonra yenidən bölgəmizə soxmaq istəyirlər. Bu ATƏT-in gizli niyyətidir. Ermənistanın isə məqsədi, hədəfi budur ki, 10 noyabrda imzalanmış sənədin müddüəlarının icrasını mümkün qədər gecikdirsin, bu müddüəların icrası ətrafında mümkün qədər mübahisəli mühit yaratsın və həmin mübahisələri mümkün qədər beynəlxalq miqyasa çıxartsın. Yəni Ermənistan Vətən Müharibəsindən sonra həlli vacib olan və həll edilməmiş məsələlərin ətrafında gərgin beynəlxalq müzakirələrin açılması və prosesin növbəti dəfə uzadılmasında maraqlıdır. Bu nöqteyi-nəzərdən Ermənistan çalışır ki, öz ölkəsinə və bölgəyə mümkün qədər çoxlu sayda ən müxtəlif beynəlxalq missiyaların gəlişinə nail olsun”.

 

A.Quliyev faktlara istinad edərək, Ermənistanın hələlik bu taktikasına -regiona çox sayda beynəlxalq missiyaların gətirilməsinə nail ola bilir.

 

“Ermənistan əvvəlcə Avropa Birliyinin mülki missiyasının Ermənistana gətirilməsinə dair qərarın verilməsinə nail oldu və məlumatlara görə Avropa Birliyinin Gürcüstandakı  ekspertlərindən ibarət olan ilk qrupu Ermənistandadır və bəlli istiqamətlərdə fəaliyyətə başlayıblar. Bunun ardınca da Ermənistan “ATƏT-in qiymətləndirmə missiyası”nın gəlişinə nail oldu.  Və çox təəssüflər olsun ki, ATƏT də burda olduqca qeyri-şəffaf işlər apardı. Məlumatlara görə KTMT-nın Kollektiv Təhlükəsizlik Şurasının da Ermənistana gətirilməsi üçün Ermənistanda dövlət səviyyəsində iş aparılır. Hətta konkret məlumata görə KTMT -nın Kollektiv Təhlükəsizlik Şurası Ermənistana göstəriləcək birgə yardımla bağlı qərarın layihəsinin müzakirəsinə hazırlaşırlar.  Belə bir nəticəyə gəlinir ki, Ermənistan müharibədən sonra həlli vacib olan məsələlərin həllinə nail olmaqdansa, onun icra olunmamasını və icra prosesinin uzadılması üçün müəyyən addımlar atıb, o cümlədən, həmin addımlardan da biri “ATƏT-in qiymətləndirmə missiyası”nın bölgəyə gətirilməsidir”. 

 

A.Quliyev bəyan edib ki, “ATƏT-in qiymətləndirmə missiyası” bölgədə başlamış olan təhlükəsizlik prosesinə dəstək vermir, əksinə onun əsaslarını dağıdır və sülh prosesinin rəvan getməsinə maniə yaradır.

 

“Əgər Avropa Birliyinin “mülki missiyası” bölgədə fəaliyyət göstərirsə, ATƏT-in ikinci missiyasını göndərməyə nə hacət var idi?. Və yaxud ATƏT-in başqa strukturları Minsk Qrupu düz 30 il onlara verilmiş şansdan yarıtmaz vəziyyətdə istifadə etdilərsə, ATƏT-in indiki qiymətləndirmə missiyasının nəyisə dəyişəcəyinə heç bir etimad yoxdur. Onu da qeyd edək ki, ATƏT-in qiymətləndirmə missiyası ölkəmizdə 2011-ci ildə olmuşdu. Onlar Azərbaycanın torpaqarının yandırılması ilə bağlı araşdırma aparıb hesabat hazırlamışdılar. Qayıdıb gedəndən sonra həmin hesabatın məzmunu ilə bağlı heç bir açıqlama vermədilər.  Halbu ki, Ermənistanın bizim ərazilərimizdə törətdikləri vəhşiliklərlə bağlı hələ o vaxtdan geniş təsəvvürləri var idi”.

 

Bu mənada A.Quliyev hesab edir ki, ATƏT-in bu gün Ermənistana göndərdiyi "qiymətləndirmə missiyası"nın sülh prosesinəə mane olmaq, prosesi dağıtmaq məqsədi daşıyır.

 

“Heç təsadüfi deyil, missiyanın ATƏT-in qaydaları və təşkilati baxımdan hüququ əsassızlığı da ifşa edilib.  Azərbaycan XİN -i ATƏT-in bu missiyasının göndərilməsi ilə bağlı təşkilatın heç bir struktrunda kiminləsə müzakirə edilmədiyi ilə bağlı mövqe açıqlayıb. Bu olduqca ciddi arqumentdir. Bu da deməyə əsas verir ki, ATƏT-in Ermənistana göndərdiyi "Qiymətləndirmə Missiyası" tam qanunsuz, qeyri-legitim, heç bir beynəlxqla qanuna söykənməyən əsaslara malikdir”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...