"Zəngilandan dünyaya verilən daha bir mesaj..."Spiker

15:04 21-10-2022 | icon 387 | Siyasət
"Zəngilandan dünyaya verilən daha bir mesaj..."Spiker

 

 

 

“Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımız böyük sevinc və qürurla izlədi. Zəngilanın erməni işğalından azad edildiyi gündə belə bir iri miqyaslı regional layihənin reallaşması iki qardaş ölkənin dünyaya verdiyi növbəti mesaj idi. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana necə siyasi və mənəvi dəstək göstərmişdisə, bu gün də quruculuq işlərində, digər bütün məsələlərdə onun yanındadır”.

 

 

 

Versus.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bunu spiker Sahibə Qafarova Milli Məclisin bugünkü tarixli plenar iclasında çıxışında söyləyib.

 

Spiker xanım bildirib ki, dövlət başçıları bir sıra digər obyektlərin də təməlini qoydu, müəssisələrin açılışında iştirak etdilər.

 

“Bütün bunlar onu göstərir ki, Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni məzmun gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir. Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimiz və güc mənbəyimizdir”.

 

S.Qafarova bildirib ki, Zəngilandan dünyaya verilən daha bir mesaj Prezidentin dediyi kimi, biz öz torpaqlarımıza əbədi qayıtmışıq, vandalların viran qoyduğu Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyarlara çevirəcəyik nidası ilə səslənib. 

 

Spiker Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgəyə hər səfərlərində olduğu kimi, bu dəfə də Füzulidə, Cəbrayılda, Qubadlıda və Zəngilanda bir sıra infrastruktur obyektlərinin və yaşayış binalarının təməl qoyma məqasimlərində iştiraklarına diqqət çəkib.

“Hesab edirəm ki, geniş vüsət alan bu bərpa-quruculuq işləri Böyük Qayıdışın getdikcə daha yaxından eşidilən addım səsləridir. Biz əminik ki, bölgənin iqtisadi dirçəlişi ilə bağlı olan layihələrin hamısı uğurla başa çatdırılacaq. Köçkünlük həyatı yaşayan soydaşlarımızın yurd həsrətinə son qoyulacağı gün uzaqda deyil”.  

 

T.Qafarlı

Versus.az

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...