Bütün ləyaqətini Qərbin qrantlarına SATANLAR

17:09 25-10-2022 | icon 453 | Siyasət
Bütün ləyaqətini Qərbin qrantlarına SATANLAR

Ramil Hüseynov: "Bu ünsürlər əsla dövlətçilik maraqlarını düşünmürlər"

 

"Bu gün bəzi qüvvələr, xüsusən də bəlli siyasi kəsim ölkədə düşmənçilik toxumu səpmək, vətəndaşların təfəkküründə çaşqınlıq formalaşdırmaq istəyir və qələbə əhval-ruhiyəsinə zərbə vurmaq məqsədi güdürlər".

 
 
Versus.Az xəbər verir ki, bunu şəxsi "facebook" hesabında Yeni Yol Partiyasının (YYP) sədri Ramil Hüseynov yazıb.
 
 
Partiya sədri vurğulayıb ki, radikal ünsürlər anlamaq istəmirlər ki, dövlət maraqları bütün şəxsi maraqlardan üstündür:
 
 
"Müstəqillik qədər böyük nemət yoxdur. Dünyada çoxsaylı millətlər olsa da, bir çox millətlərin dövləti yoxdur. Dünya xəritəsində müstəqil dövlətlərin sayı hardasa 200-ə qədərdir. Azərbaycan xoşbəxt ölkələrdəndir ki, müstəqildir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılmasaydı və 1920-ci ildə Versal müqaviləsi ilə dünyada tanınmasaydı, çox güman ki, 1991-ci ildə SSRİ dağılanda müstəqil ola bilməzdik. Məhz bütün bunlar hüquqi əsas yaratdı ki, keçmiş SSRİ tərkibində 15 respublikadan biri Azərbaycan olsun. Bəli, Azərbaycanın bolşevik Rusiyası tərəfindən 1920-ci ildə işğal olunması faciəli oldu. O vaxt Azərbaycan ərazisi 114 min kvadrat kilometr idisə, kommunistlərin mənfur siyasəti nəticəsində 20 min kvadrat kilometr ərazimiz bizdən qoparılaraq Ermənistana verildi.
 
1991-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etməsi keşməkeşli bir dövrə düşdü. Ərazilərimiz Ermənistan tərəfindən işğal olundu, soydaşlarımız yurdlarından didərgin düşdülər. Bütün çətinliklərə rəğmən Azərbaycan müstəqilliyini qoruya bildi. Hazırki iqtidarın siyasi rəhbərliyinin iradəsi ilə 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsi sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
 
Bu gün bəzi qüvvələr, xüsusən də bəlli siyasi kəsim ölkədə düşmənçilik toxumu səpmək, vətəndaşların təfəkküründə çaşqınlıq formalaşdırmaq istəyir və qələbə əhval-ruhiyəsinə zərbə vurmaq məqsədi güdürlər".
 
 
R.Hüseynov qeyd edib ki, bu qüvvələr tarixi qələbəmizə kölgə salmaq, düşmən dəyirmanına su tökmək kimi maraqlardan çıxış edirlər:
 
 
"Torpaq "Ana vətəndir" deyilir, deməli ləyaqət, qürur məsələsi burda önə çıxır. Bu millətimizin ən ali dəyərlərindəndir. Bəlli olduğu kimi, bu ali dəyərlərimiz əsarət altında idi. 200 ildi ki, itirə-itirə gedirdik. Tarixi Azərbaycan əraziləri ilk əvvəl ikiyə bölündü. Bu azmış kimi, zamanla Şimali Azərbaycan ərazilərində ermənilər məskunlaşdırıldı. Bir sözlə, Vətən müharibəsi, şəhidlərimizin canı-qanı sayəsində uzun illər formalaşan bu əsarətə son qoyuldu. Bizə bu şərəfli uğurlu qələbəni təmin edən Millətin qəlbində istiqlal çırağı yandıran şəhidlərimiz, qazilərimiz, o cümlədən, geopolitik baxımdan uğurlu diplamatiya və startegiyadır. Ona görə də kimsənin bunu kiçiltməyə, aşağılamağa haqqı yoxdur. İstəsələr belə, buna imkan verməyəcəyik.
 
Ölkədə müəyyən ünsürlər, Qərbin bəlli dairələrindən yararlanan çevrələr hər vasitə ilə əldə olunan qələbənin miqyasını kiçiltməyə, dəyərini azaltmağa çalışırlar. Əllərindəki internet resurslarından istifadə edərək bütün bu görülən işləri gözdən salmağa, ölkədə dövlətçilik maraqları ilə bağlı formalaşan həmrəyliyi dağıtmağa çalışırlar. Bütün bunları görməmək üçün gərək kor olasan. Siyasət mümkün olanı reallaşdırmaq sənətidir. Bunun üçün də gərək hərtərəfli zəmin formalaşsın. ABŞ-ın 37-ci prezidenti Riçard Nikson deyirdi ki, siyasətdə böyük risqi, yalnız böyük siyasətçilər edə bilər. Vətən müharibəsinə qədər 13 min kvadrat kilometrə qədər ərazimiz işğal altında idi. Müharibədən sonra 10 min kvadrat kilometr ərazi işğaldan azad edildi. Bunun 5 min kvadrat kilometri döyüş yolu ilə, 5 min kvadrat kilometri də döyüşsüz azad edildi. 27 il idir ki, Ermənistan bir qarış torpağımızı belə azad etmirdi. Şanlı ordumuzun qanı bahasına irəliləməsi, Ermənistanı məcbur etdi ki, digər əraziləri döyüşsüz təhvil versin. Düzdür, Qarabağın müəyyən hissəsi separatçıların nəzarətindədir, amma nəzərə almaq lazımdır ki, onlar mühasirədədilər. Hava əlaqəsi bağlıdır, əvvəlki sərbəstlik yoxdur. Həm də ona görə ki, başları üzərində Rusiya sülhməramlıları var. Qarabağ erməniləri separatçıların nəzarəti altında perspektiv görmürlər. Çünki internet əsrində yaşadığımız üçün reallıqları yaxşı dərk edirlər. Bu isə o deməkdir ki, Qarabağın yerdə qalan hissəsinin Azərbaycanın nəzarətinə keçməsi zaman məsələsidir. Nə qədər kor olasan ki, bütün bunları görməyəsən".
 
 
YYP sədri bildirdi ki, müəyyən destruktiv ünsürlər, bütün ləyaqətini Qərbin qrantlarına satanlar əsla dövlətçilik maraqlarını düşünmürlər. Anlamaq istəmirlər ki, dövlət maraqları hər şeydən üstündür:
 
 
"Bəli, ölkədə müəyyən sosial problemlər var və bunu danmaq olmaz. İdarəçilikdə korrupsiya halları var, qiymətlər artır. Xüsusən də ərzaq qiymətlərinin qalxması aztəminatlı insanları çox narahat edir. Biz insanların sosial, səhiyyə, təhsil güvənini tam onlara qaytarmasını istəyirik. Bu da biləvasitə hakimiyyətin üzərindədi. O üzdən, dərhal sosial təhlükəsizlik konsepsiyası hazırlanmalı və bu həmrəyliyi, birliyi göstərmiş xalqın layiqli formada yaşamasını təmin etməlidi.
 
Ancaq nəzərə almalıyıq ki, dünyada çox mürəkkəb geosiyasi proseslər gedir. Bir sıra böyük siyasi mərkəzlər, tanınmış dövlət xadimləri bəyan edir ki, dünya əvvəlki kimi olmayacaq. İkinci Dünya müharibəsindən sonra formalaşan geosiyasi konfiqurasiya dəyişəcək. Hələ heç kəs proqnozlaşdıra bilmir ki, Rusiya-Ukrayna müharibəsi nə ilə nəticələnəcək. Dünyanın geosiyasi konfiqurasiyası necə olacaq. Belə bir həssas dəyişiliklər dönəmində ən optimal variant dövlətçilik maraqlarından çıxış edib birləşməkdir. Siyasi kimliyindən, düşüncəsindən asılı olmayaraq hamı buna xidmət etməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan qalib dövlətdir. Azərbaycan separatizmdən əziyyət çəkən yeganə post-sovet ölkəsidir ki, ərazilərini işğaldan azad edib. Nə Gürcüstan, nə də Moldova və Ukrayna buna nail ola bilməyib. Baxmayaraq ki, bu dövlətlərə olan xarici dəstəyin heç beşdə biri Azərbaycana olmayıb.
 
Tanrı müstəqil Azərbaycanı qorusun!"
 
 
PƏRİ
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol