Komandamız Çempionlar Liqasında mübarizəyə başlayır

10:14 26-10-2022 | icon 472 | İdman
Komandamız Çempionlar Liqasında mübarizəyə başlayır

“Araz-Naxçıvan” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

 

Versus.Az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ilk sınağında İsveç “Orebro”su ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

 

Matçın baş hakimi ispaniyalı David Abtequya Urdanoz olacaq. Ona slovakiyalı Lukaş Peşko və çexiyalı Yan Kresta kömək edəcəklər.

 

Qrupun digər oyununda Serbiyanın “Loznika Qrad” klubu ilə Bosniya və Herseqovina “Mostar”ı üz-üzə gələcəklər.

 

Çempionlar Liqası
Əsas mərhələ, I tur
26 oktyabr

 

19:30. “Araz-Naxçıvan” (Azərbaycan) - “Orebro” (İsveç)

 

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)

 

Mostar, “Mithad Hujdur Hujka Arena”

 

Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də “Loznika Qrad”a qarşı keçirəcək. /Report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür