“Karib dənizinin quldurları” filminə qayıda bilər
“Disney” amerikalı aktyor Conni Depplə onun “Karib dənizinin quldurları” franşizasına qayıdışı barədə danışıqlar aparır.
Məlumata görə, Deppə gələcək layihədə iştirak etmək üçün 300 milyon dollar təklif edilib.
Studiya nümayəndələrinin aktyorun keçmiş həyat yoldaşı Ember Hördlə məhkəməsi başlamazdan əvvəl onunla əlaqə saxladığı bildirilib.
Qeyd olunur ki, “Disney” və Depp arasındakı danışıqlar “Karib dənizinin quldurları 6” və “Qara Mirvari”nin kapitanı Sərçə Cek barədə yeni filmlərdə akyorun iştirakını nəzərdə tutur.
Hollivud ulduzunun hələlik təkliflə razılaşmadığı vurğulanır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"