"Azad Şuşanın ilk qarı" - FOTOSƏRGİ

21:52 28-10-2022 | icon 479 | Cəmiyyət
"Azad Şuşanın ilk qarı" - FOTOSƏRGİ

Bu gün, oktyabrın 28-də Milli Azərbaycan Tarixi Muzeyində "Azad Şuşanın ilk qarı" adlı fotosərginin açılış mərasimi keçirilib.

 

Versus.az xəbər verir ki, muzeyin əməkdaşı, tanınmış fotoqraf Mirnaib Həsənoğlu tərəfindən çəkilmiş Şuşa şəhərinə yağan ilk qara həsr olunmuş 50-dən çox fotolar təqdim olunub.

 

Tədbirdə Prezident kitabxanasının müdiri, Azərbaycan fotoqlaflar birliyinin sədri, fotoqraflar, muzey əməkdaşları, KİV nümayəndələri, rəssamlar iştirak edib.

 

Tədbiri muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açaraq, bu fotosərginin vacibliyini vurğulayıb. O, muzeydə Şuşaya həsr olunan daha bir sərginin anonsunu da verib.

 

Daha sonra sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi Mirnaib Həsənoğlu sərgi haqqında məlumat verib və sərgiyə təşrif buyurmuş qonaqlara öz minnətarlığını bildirib.

 

Sərgi tanınmış tarzən Qurban Pirimovun nəticəsi, Asim Pirimovun tarda ifa etdiyi musiqi ilə müşayiət olunub.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı