"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır

17:23 21-01-2019 | icon 399 | Cəmiyyət
"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nı hazırlayırlar.

 

İnstitutdan Versus.Az-a verilən məlumata görə, atlas "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5-ci bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə hazırlanır.

 

Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva bildirib ki, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” Azərbaycan, rus və ingilis dillərində çap olunacaq.

Şöbə müdiri vurğulayıb ki, dialektoloji atlas dialekt faktlarını təkcə fonetik baxımdan deyil, leksik və qrammatik baxımdan da əks etdirəcək:

"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması dünyaya sübut edəcək ki, bu ərazidə yaşayan azərbaycanlılar öz dialektini yaradıblar, inkişaf etdiriblər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol