“Xarıbülbülün vətəni - Şuşa” - SƏRGİ

11:29 03-11-2022 | icon 469 | Cəmiyyət
“Xarıbülbülün vətəni - Şuşa” - SƏRGİ

Milli Azərbaycan Tarixi Muzeyində “Xarıbülbülün vətəni- Şuşa” adlı sərginin açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin (MM) deputatı Sevil Mikayılova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimaiyyət, elm və mədəniyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı 44 günlük Vətən Müharibəsində qazanılan Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edərək, ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, Milli Azərbaycan Tarixi Muzeyində Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbir və sərgilərin keçirildiyi haqqda məlumat verib.

 

Nailə xanım sərgilərdən biri də hazırda açılacaq “Xarıbülbülün vətəni- Şuşa” adlı sərgini nümunə gətirdi. Akademik muzey tərəfindən Qarabağa həsr olunmuş tədbirlərin mütəmadi olaraq, keçirildiyini xüsusi vurğulayıb.

 

Nailə Vəlixanlı sərginin ərsəyə gəlməsində muzey əməkdaşlarına, xüsusilə sərginin kuratoru, muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədova xüsusi təşəkkürünü bildirib.

 

Sonra AMEA-nın prezidenti İsa Həbibbəyli çıxış edərək, Milli Azərbaycan Tarixi Muzeyində keçirilən sərgilərin, tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi. Akademik vurğuladı ki, bu sərgi Şuşaya aid maddi-mədəniyyət nümunələrimizin ziyarətçilərdə tariximizin və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırmasına imkan verəcək.

 

İ.Həbibbəyli sonda sərginin təşkil olunmasında əməyi keçənlərə öz minnətdarlığını bildirdi. AMEA-nın prezidenti qeyd etdi ki, “Şuşa şəhəri ili” çərçivəsində elm, təhsil və mədəniyyət ocaqları tərəfindən Şuşa şəhəri ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir və xatırlatdı ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

 

Sonra qonaqlar sərgi ilə tanış olublar. Layihənin kuratoru, elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov “Xarıbülbülün vətəni – Şuşa” sərgisində nümayiş etdirilən eksponatlardan ətraflı danışıb.

 

Sərgidə Şuşa qalasının XIX əsrə aid gümüş açarları, Qarabağ xanlığının sikkələri, şəhərin məşhur xadimlərin əşyaları, etnoqrafiya nümunələri, qızıl, gümüş zinət əşyaları, ticarət və sənətkarlıq həyatını əks etdirən materiallar nümayiş olunur. Burada həmçinin, şəhərin sovet və eləcə də işğal dövründə - I Qarabağ müharibəsi zamanı Şuşa şəhərinin qəhrəmancasına müdafiəsini, 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsini əks etdirən materialları və Şuşa şəhərinin azad edilməsində şəhid olmuş əsgərlərin şəxsi əşyalarını görmək olar.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı