Mehman Hüseynov Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

17:28 21-01-2019 | icon 453 | Cəmiyyət
Mehman Hüseynov Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

 

Həbsdə olan Mehman Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, M.Hüseynov müraciətində 2 ilə yaxındır cəza çəkdiyini, bu müddət ərzində cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə arasında hər hansı xoşagəlməz hadisə olmadığını, həmişə rejimə əməl etməyə çalışdığını qeyd edib. Lakin ötən il dekabrın 26-da cəza çəkdiyi müəssisədə insident baş verdiyini və bu hadisəyə görə günahlandırıldığını bildirib. O, baş vermiş hadisədə günahı olmadığını vurğulayıb.

 

M.Hüseynov 2 mart tarixində cəzasının müddətinin bitdiyini, bu tarixi çox gözlədiyini, yenidən məhkum olunmaq, cəza almaq istəmədiyini deyib. O, kiminsə hərəkətinə görə məsuliyyət daşımadığını, amma kiminsə onun vəziyyətindən özü üçün istifadə etməsini istəmədiyini də qeyd edib. Bildirib ki, onu yalnız bir şey maraqlandırır, o da azadlığa çıxmaqdır. Ona yeni cəza verilməsinin tək qalmış 70 yaşlı atası üçün də böyük zərbə olacağını qeyd edib.

 

M.Hüseynov Prezident İlham Əliyevdən araşdırmanın düzgün aparılmasına göstəriş verməsini xahiş edib. O, əmin olduğunu bildirib ki, dövlət başçısının müdaxiləsi olarsa, işi üzrə qərar ədalətli olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı