Mirasın qəbulu məsələsi ilə bağlı QƏRAR

20:31 03-11-2022 | icon 397 | Cəmiyyət
Mirasın qəbulu məsələsi ilə bağlı QƏRAR

Mülki Məcəlləyə görə, mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi müddəti 6 aydır və müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.

 

Versus.Az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında baxdığı iş üzrə qəbul etdiyi qərarda qeyd olunub.

 

Qərarda həmçinin vurğulanıb ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə qanunvericilikdə nəzərdə tutulmuş imtina müddəti şamil edilir.

Belə ki, Mülki Məcəlləyə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol