İlqar Altay: “Bu, ölkədə demokratiya və haqq-ədalətə doğru bir addım oldu”

 

15:31 22-01-2019 | icon 450 | Siyasət
İlqar Altay: “Bu, ölkədə demokratiya və haqq-ədalətə doğru bir addım oldu”
 

 

 

Hər kəs bilirdi ki, Mehman Hüseynovun azadlıq məsələsi artıq həll olunub.

 

Bunu Versus.Az-a hüquq eksperti İlqar Altay Milli Şuranın son etiraz mitinqinin Mehman Hüseynovun azadlığa buraxılmasına təsirləri barədə şərhində bildirib.

 

İ.Altay bildirib ki, müxalifətin son etiraz mitinqində Mehmanın adı simvolik önə çəkilib. Bu, həm mitinqin cəlbediciliyini qaldırmaq, həm də digər həbsdəki müxalif məhbuslara azadlıq tələbini iti bucaqda göstərmək üçün imkan yaradıb.

 

Amma siyasi liderlər və siyasi analizi olan hər kəs bilirdi ki, Mehman Hüseynovun azadlıq məsələsi artıq həll olunub. Məsələn, mən hələ yanvarın 8-də bu istiqamətdəki gedişatı müşahidə edəndən sonra facebook səhifəmdə yazdım ki, artıq onun azadlığı barədə daxili siyasi qərar verilib və yaxın zamanda rəsmi siyasi və hüquqi qərar veriləcək. Məhz bu ssenarini proqnozlaşdırdım ki, Mehmanın ikinci cinayət işi araşdırılıb ləğv edilib, 1-ci işə görə həbsin 2 martda başa çatması ilə azad ediləcək. Bu cür analiz və proqnoz vermiş insan kimi necə deyə bilərəm ki, bu azadetmə ayın 19-da keçirilən mitinqin nəticəsidir?”

 

İ.Altay eyni zamanda bildirib ki, bu mitinq son illərin ən izdihamlısı olmaqla, müxalif elektoratın uzun depressiya yuxusundan oyanışı, canlanmasına səbəb, müxalifətin birliyi üçün impuls, gələcək perspektiv üçün zəmin ola bilər. Amma bunu Mehman Hüseynovun azadlığı üçün konkret səbəb göstərmək qeyri-reallıq və obyektivsizlik olar.

“Mehmanın azadlığında cəmiyyətin narazılığı, müxalifətin etirazları, beynəlxalq təşkilatların etiraz və xahişləri, Mehmanın gəncliyi və özəl keyfiyyətləri, özünün və atasının ölkə rəhbərliyinə xahişi və ölkə rəhbərinin bütün bunları müsbət dəyərləndirməsi rol oynadı.  Ümumilikdə isə bu ölkədə demokratiya və haqq-ədalətə doğru bir addım oldu”.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin