Dinozavr kəlləsi 20 milyon dollara hərracda
“Maksimus” ləqəbli dinozavrın təxminən iki metr uzunluğundakı kəllə sümüyü Nyu Yorkdakı “Sotheby's” hərracına çıxarılıb.
Artefakt 20 milyon dollar dəyərində qiymətləndirilib.
“Sotheby's”in məsləhətçisi Henri Qallianonun sözlərinə görə, 76 milyon il əvvəl indiki Şimali Amerika ərazisində yaşamış Qorqozavrın kəlləsi Cənubi Dakotada tapılıb və yaxşı qorunub saxlanılıb.
Relikt Roma imperatoru və sərkərdəsi Maqnus Maksimusun (335 - 388) şərəfinə adlandırılıb.
Qeyd edək ki, dinozavrın sümükləri ilk dəfə 1997-ci ildə “Sotheby's”də 8,3 milyon dollara satılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"