Onların ömür uzunluğu 86 yaşı keçəcək
Niderland Statistika İdarəsinin məlumatına görə, 2028-ci ildə ölkə sakinlərinin orta ömür uzunluğu 86,05 yaşa qədər artacaq.
Belə ki, Niderlandda bu göstərici 1950-ci illərdən koronavirus pandemiyasının başlanmasına qədər davamlı olaraq artıb. 1950-ci ildə 65 yaşlı ölkə sakini orta hesabla daha 14,3 il ömür sürə bilərdi. 2019-cu ilə qədər bu müddət 20,1 ilə qədər uzanıb.
Koronavirus pandemiyası illərində (2020-2021) gözlənilən ömür uzunluğu 19,5 ilə düşsə də, bu il yenidən artmağa başlayıb.
Qeyd edək ki, 2020-2021-ci illərdə Niderlandda gözləniləndən təxminən 10% çox insan ölüb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"