Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi

17:19 22-01-2019 | icon 421 | Cəmiyyət
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi

 

Yanvarın 19-da keçirilmiş mitinqinin təşkilatçılarına rəsmi xəbərdarlıq edilib.

 

Versus.Az Modern.Az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi yanvarın 19-da keçirilmiş mitinqin təşkilatçılarına rəsmi xəbərdarlıq edib.

 

Xəbərdarlıqda bildirilir ki, özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran quruma daxil olan partiya və birliklər bu il yanvarın 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayonundakı İdman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.


"Mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar, habelə yetkinlik yaşına çatmayanlar da cəlb edilməklə qanunsuz küçə yürüşünə cəhd etmişlər.

Bu zaman ətrafdakıların diqqətini cəlb etmək və əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşlara qarşı kobudluq, istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol vermiş, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstərmişlər.

Qeyd edilənlərlə əlaqədar, 19 yanvar mitinqinin təşkilatçıları yanvarın 22-də Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərinin gələcəkdə təkrarlanacağı təqdirdə belə qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları cinayət məsuliyyəti də daxil olmaqla barələrində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görüləcəyinə dair rəsmi şəkildə xəbərdar edilmişlər", deyə birgə məlumatda bildirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür