Smartfonlarda çoxlarının bilmədiyi gizli funksiyalar

08:04 11-11-2022 | icon 390 | Maraqlı
Smartfonlarda çoxlarının bilmədiyi gizli funksiyalar

Bir çox istifadəçi smartfonlarının bütün xüsusiyyətlərindən xəbərsizdir. Əksər insanlar qadcetlərini funksionallığından ən yaxşı halda 20% istifadə edir.

 

Bunu Rusiyanın “INPRO.digital” şirkətinin baş direktoru Vitali Arbuzov mobil telefonların bəzi gizli funksiyalarından danışarkən bildirib.

 
 

Onun sözlərinə görə, qadcetlər istifadəçinin vaxtını optimallaşdırmağa kömək edir. Məsələn, telefonlarda vacib kontaktları əsas ekrana gətirmək imkanı var.

 

 

“Bunu ekranda demək olar ki, iki toxunuşla edə bilərsiniz. Belə kontaktlar üçün say məhdudiyyəti yoxdur”, - deyə ekspert bildirib.

 

Bundan başqa cihazın işini sürətləndirmək mümkündür: “Ayarlar” bölməsində edilən dəyişikliklər proqramların açılması, bağlanması və tapşırıq panelinin animasiyasına təsir edəcək.

 

 

Həmçinin smartfonlarda səsi mətni köçürmək mümkündür.

 

“iPhone”da bu funksionallıq klaviaturada yerləşib. “Android”də isə “Nitq sintezi” bölməsindəki parametrlərlə bunu aktivləşdirmək mümkündür”, - deyə Arbuzov bildirib.

 

 

O, həmçinin “telefon daxilində telefon” yaratmaq imkanından danışıb. Bunun üçün “qonaq rejimi”ni aktivləşdirmək lazımdır.

 

“Telefonunuzu bir müddət başqasına vermək məcburiyyətində qalsanız və cihazda saxlanan məlumatların təhlükəsizliyindən narahatsınızsa, o zaman “qonaq rejimi”ndən istifadə edə bilərsiniz. Bu rejim sizə smartfonun daxilində başqa telefon yaratmağa imkan verir. O, proqramları, axtarış tarixçəsini, fotoşəkilləri, mesajları və s. gizlədir. Bu rejim şəxsi məlumatların sızmasını azaldır və telefonunuzu başqa istifadəçiyə müəyyən müddətə verəcəyiniz halda informasiya təhlükəsizliyinin səviyyəsini artırır”, - deyə ekspert  sözlərini yekunlaşdırıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI