“Qapılar Zəngəzur dəhlizi vasitəsilə türk dünyasının üzünə açılacaq”

12:12 15-11-2022 | icon 575 | Geopolitika
“Qapılar Zəngəzur dəhlizi vasitəsilə türk dünyasının üzünə açılacaq”

"Bütün bu reallıqlar TDT-ni həm də təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etməyə kökləyir”

 

“Zəngəzur dəhlizinin açılması Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq. Bütün bunlar isə faktiki olaraq Türk dünyasının birləşməsi deməkdir”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Səmərqənd Zirvəsində Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi məsələsinə diqqət çəkməsi və Zəngəzur dəhlizinin  Türk dövlətləri arasında əlaqələrin  inkişafında rolu və əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

R.Bayramov qeyd edib ki, 200 ilə yaxın müddətdə türk xalqlarının bir araya gəlməsinə, əlaqələrini inkişaf etdirməsinə fürsət verilməyib. Amma Azərbaycanın və Orta Asiyadakı türk xalqlarının müstəqillik əldə etməsi, həmçinin Türkiyənin qeyd edilən bölgələrdə təsirini artırması müstəqil Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan arasında münasibətlərin inkişafına gətirib çıxartdı. Və 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Dövlətləri Təşkilatının əsası qoyuldu.

 

R.Bayramov hesab edir ki, türkdilli dövlətlərin rəhbərlərinin Naxçıvanda bir araya gəlməsi sanki 200 illik tənəzzül prosesinin başa çatdığının, dirçəliş yolunun açıldığının rəsmi elanı idi:

 

“Uzun illər ərzində Türk Dövlətləri arasında nəqliyyat əlaqələri Ermənistanın işğalçılıq siyasəti nəticəsində Rusiya, İran və Gürcüstan vasitəsi ilə qurulurdu. Hazırda isə vəziyyət tam dəyişib. Bu gün Türk dövlətlərinin əsas hədəfi öz nəqliyyat dəhlizini yaradıb, aslılıqdan xilas olmaqdır.

Xatırlayırsınızsa, hələ 2009-cu ildə Naxçıvandakı Zirvə görüşü zamanı Azərbaycan prezidenti Zəngəzur məsələsinə toxunaraq çıxışında “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır” deyərək Zəngəzur dəhlizinin Türk dünyası üçün hansı əhəmiyyət daşıdığını bəyan etmişdi. Bu gün də Türk dövlətlərinin əsas müzakirə mövzusu Türk birliyi və Zəngəzur dəhlizidir”.

 

Politoloq bildirib ki, artıq reallıqlar dəyişib. Azərbaycanın 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Qarabağı işğaldan azad etməsi Türk dövlətləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Azərbaycanın Qarabağ zəfəri Türk dövlətləri arasında birbaşa nəqliyyat əlaqəsinin qurulması üçün əməli addımların atılmasına real imkanlar yaradıb:

 

"Odur ki, Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən son Zirvə görüşündə bu məsələyə yenidən toxunulması və Zəngəzur dəhlizi ilə bağlı yekun bəyannamədə müvafiq çağırışın öz əksini tapması tamamilə gözlənilən idi və vacib idi. Məlum olduğu kimi Səmərqənd Bəyannaməsində Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürücülük qabiliyyətinin artırılması və Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi vacib çağırış olaraq qeyd edilib. Həmçinin TDT nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən Özbəkistan-Qırğızıstan-Çin və Termiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmiryolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərinin dəstəklənməsinin vacibliyi vurğulanıb. Zəngəzur dəhlizi mövzusu və Cənubi Qafqazda yaranan digər reallıqlar TDT-ni həm də ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etməyə kökləyir”.

 

R.Bayramov Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında danışarkən qeyd edib ki, bu dəhliz Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edir. Dəhlizin açılması xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq:

 

“Dəhlizin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq, 1,1 trilyon dollar nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək və bu da böyük iqtisadi potensiala və təbii resurslara malik olmaqla 3 milyard əhalisi olan iri bazarın qapılarını Zəngəzur dəhlizi vasitəsilə türk dünyasının üzünə açacaq. Zəngəzur dəhlizi qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Zəngəzur dəhlizinin həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür”. (hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...