Cinayət işi açıldı

14:27 16-11-2022 | icon 482 | Hadisə
Cinayət işi açıldı

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həkimlər arasında dava düşüb.

 

Qaynarinfo-nun məlumatına görə, insident xəstəxananın ailə-sağlamlıq mərkəzində stomatoloqlar arasında baş verib. 

 

Səxavət həkim istintaq izahatında bildirib ki, sentyabrın 17-də həmkarı tərəfindən həm döyülüb, həm də təhqir olunub. Zərərçəkmiş deyib ki, həmin gün səhər saat 09:30-da tanımadığı bir xəstə rentgen plyonkasından narazılıq edib. Xəstədən harada rentgen olunduğunu soruşanda stomatoloji bölmədə fəaliyyət göstərən Xalis həkim tərəfindən edildiyini bildirib. 

 

Səxavət məsələni aydınlaşdırmaq üçün Xalisin otağına tərəf gedib. Həkimin sözlərinə görə, dəhlizə çıxdıqda Xalis sanki onu gözləyirmiş kimi, “ə, bu nə dişdir, düzəldirsən?” deyə söz atıb. Daha sonra Xalis Vüsal həkimi otağa çağırıb. Bundan sonra onlar arasında mübahisə yaranıb. Ardınca Vüsal həkim Səxavətin sifətinə zərbə endirib və sonuncu huşunu itirib. Səxavət həkim özünə gəldikdən sonra otaqdan çıxmaq istəyərkən Vüsal onun xalatından yapışaraq, “çoxdandır, sənin çənəni çıxarmaq istəyirdim” deyib və yenidən sifətinə zərbə endirib.

 

Bundan sonra Səxavət həkim Vüsalla bağlı polisə şikayət edib və məhkəmədən ona sərt cəza tətbiq edilməsini istəyib.

 

Vüsal həkim ifadəsində özünü İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilib. O, ali təhsilli həkim olduğunu, 2008-ci ildə universiteti, 2010-cu ildə isə internatura kursunu başa vuraraq Qəbələyə yollandığını bildirib. Həkim qeyd edib ki, ona həkim yoldaşlarından birinin qızı olan pasiyent müraciət edib. Həmin pasiyenti Xalis həkimin otağına göndərib. Dəhlizdə səs eşidərək oraya yaxınlaşan zaman Səxavət həkimin Xalisin yaxasından tutaraq söyüş söydüyünü görüb. Onları ayırmaq istəyərkən isə Səxavət onu itələyib. Bundan sonra aralarında dava düşüb.

 

Qəbələ Rayon Məhkəməsi noyabrın 14-də işə baxaraq, inzibati xəta haqqında protokol üzrə icraata xitam verib. İşdə cinayətin əlamətləri olduğu üçün materiallar Qəbələ Rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...