2023-cü ilin qış dəbi

10:30 21-11-2022 | icon 173 | Gündəm
2023-cü ilin qış dəbi

“Azərbaycanlıları o qədər də dəbli hesab etmək olmaz. Lakin əvvəlki illərə nəzər salsaq, irəliləyiş olduğunu görərik”.

 

Bunu açıqlamasında modelyer-dizayner Şəlalə Maqsudova qarşıdan gələn 2023-cü ilin dəbi haqda danışarkən deyib.

 

 

Onun sözlərinə görə, illərə və fəsillərə görə rənglər sıra ilə dəyişilir:

 

“Artıq payız fəslindəyik. Bu yayın dəbli tonları olan açıq-qırmızı, göy artıq arxa planda qalır. Rənglər tamamilə dəyişilir. Daha çox tünd rənglər - göy, boz, qırmızı rənglərin çalarları aktual olacaq. Ağ ilə qara hər zamankı kimi bütün illərdə, fəsillərdə favorit olaraq qalacaq. Çünki klassik rənglərdir.

 

Rənglərin dəbdə olmasının xüsusi səbəbi, illərlə uyğunluğu yoxdur. Sadəcə olaraq xaricdə elə modelyerlər var ki, “brend” olaraq həm rəngi, həm parçanı, həm də tərzi ortaya atıblar, hər yeni il üçün dəb müəyyənləşdirirlər. Bir çox modelyerlər bunu izləyir və öz ölkələrində təbliğ edirlər.

 

Bizim insanlarımızın əksəriyyəti isə tünd rəngli geyimlərə üstünlük verir. Bunun da səbəbləri çoxdur. 2020-ci ildə qışda bəyaz rənglər daha çox dəbə gəldi. Amma biz bəyaz rəngdə geyinən insanlar gördükmü? - Yox. Nə hava şəraiti, nə də vəziyyət buna imkan verir. İnsanlar özlərinə rahat olan rəngdə geyimləri seçirlər. Həmişə demişəm, dəbi izləmək lazımdır. Amma dəb arxasınca qaçmağa ehtiyac yoxdur”.

Ş.Maqsudova qeyd edib ki, iki parçanın sintezindən ibarət geyimlər gələn il daha çox dəbdə olacaq:

“Parçalardan nazik kətanlar, şifonlar yay fəslində qaldı. Keçid isə yun, trikotaj parçalaradır. Dəri geyimlər dəbə minəcək. Ümumiyyətlə, iki parçanın sintezindən ibarət geyimlər daha çox gündəmdə olacaq. Sintez deyəndə, məsələn, yun parça ilə dərinin qarışığından ibarət geyimlər nəzərdə tutulur.

Qış paltolarının biçimi ötənilkindən fərqli olacaq. Ötən il paltolarda bel kəsiklərinə daha çox önəm verilirdisə, bu il bel kəsiksiz, birbaşa biçimli, enli çiyinli, yuxarısı enli, aşağısı dar olan paltolar dəbdə olacaq. 1985-1986-cı illərdə də bu tipli geyimlər dəbdə idi. Heç bir dəb itmir, zamanla qayıdış edir”.

Modelyer idman geyimlərinin heç vaxt dəb olaraq gündəmə gətirilmədiyini deyib:

“İnsanlar öz rahatlıqlarına daha çox önəm verirlər. İdman geyimləri dəb qismində ortalığa atılmır. Rahat olduğundan hər kəsin daha çox önəm verdiyi geyim tipidir”.

Şəlalə Maqsudova əlavə edib ki, azərbaycanlılar son illər dəbi daha çox izləyirlər:

“İllər öncə, internet olmayan zamanlarda dəbi çox izləmirdilər. Lakin son vaxtlar istər xanımlar, istərsə də bəylər dəbi daha yaxından izləyirlər. İnternetdən yararlanır, hansı üslubun, tərzin dəbdə olacağını öyrənirlər. Amma çox da dəb arxasınca qaçmırlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

"Bu gün Ermənistan narahat olmalıdır"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar

Bakıya meydan oxuyan “sülhməramlılar”

Qrup mərhələsinin III turunda daha dörd oyun keçiriləcək

Mundiallar tarixində İLK

Şəhid ailələri və qazilər üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 39-cu ildönümü qeyd olundu

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər