"Baş nazir nəyi “çərçivəyə” almaq istəyir”-açıqlama

12:25 21-11-2022 | icon 407 | Geopolitika
"Baş nazir nəyi “çərçivəyə” almaq istəyir”-açıqlama

 

 

“Görünən odur ki, Ermənistan hakimiyyəti sülh prosesini uzatmaqla məşğuldur”

 

 

Versus.az xəbər verir ki, bunu  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Paşinyanın “çərçivə sazişi”nə münasibətində bildirib.

 

“Paşinyan “çərçivə sazişində” nəyi nəzərdə tutduğunu açıqlamayıb. Azərbaycanın mövqeyi isə qətidir və qısa müddət ərzində iki ölkə arasında bəlli baza prinsipləri əsasında sülh müqaviləsi imzalamaqda maraqlıdır. Çünki  sülh müqaviləsinin  imzalanması bölgədə sülh quruculuğu prosesini  xeyli surətdə  intensivləşdirə, bölgədə davamlı sülhün  formalaşması üçün təsir göstərə bilər”.

 

M.Məmmədli bəyan edib ki, əgər bu gün Ermənistan öhtəlikləri yerinə yetirmirsə, qeyri-konstruktiv mövqe sərgiləyirsə, deməli sülh müqaviləsini bağlamağa hazır deyil.

 

“Bu olmayacaqsa, baş nazir nəyi “çərçivəyə” almaq istəyir”.

 

Ermənistanın son iki ildə “status” məsələsini qabartdığını deyən politoloq, Qarabağda yaşayan ermənilərlə bağlı müzakirələrin Azərbaycanla, ərazimizdə yaşayan erməni vətəndaşlarımızın daxili  işi olduğunu deyib. Bunun üçün Ermənistanın vasitəçiliyinə, hansısa yeni beynəlxalq mexanizm yaradılmasına ehtiyac yoxdur.

“Görünən odur ki, Ermənistan hakimiyyəti sülh prosesiuni uzatmaqla məşğuldur”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...