Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü müzakirə olundu

16:59 23-01-2019 | icon 403 | Siyasət
Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü müzakirə olundu
 
 

Versus.Az xəbər verir ki, Azərbaycan Milli Məclisin deputatları Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü barədə danışıblar.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov görüşün müsbət nəticələrinin olacağını bildirib:

“Görüşlə bağlı detallar açılmayıb. Amma ümumilikdə görüş zamanı aparılan müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cərəyan edib. Aparılan bu danışıqlar münaqişənin gələcək istiqamətlərinin müəyyənləşməsində ümumi işin xeyrinə ola bilər. Bildiyiniz kimi, fevral ayında Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. Fevral görüşü öncəsi Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən qeyri-rəsmi görüş məsələlərin müsbət məcraya yönəlməsində əhəmiyyətlidir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov da görüşün müsbət nəticələr verəcəyini qeyd edib:

“Düzdür, qeyri-rəsmi görüş idi. Görüşün detalları da açıqlanmayıb. Ona görə də hesab edirəm ki, hələlik nəysə demək tezdir. Ancaq görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində pozitiv nəticələr verə bilər. Hər bir halda Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü müsbətdir. Dialoqun davam edilməsi vacibdir və bu, dövlət başçıları tərəfindən də dəstəklənir”. 

Dünən – yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib. Görüş 1.5 saatadək uzanıb.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür