Azərbaycanda çay şirkəti bağlanır
“Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə “APA-Economics”ə şirkətin idarə heyətindən bildirilib.
Məlumata görə, yığıncaqda səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyasının (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, şirkət 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 070 manat, qanuni təmsilçisi isə Gülqayıt Hacıəli qızı Quliyevadır.
Xəbər lenti
Bakının içməli su təminatında YENİLİK
Yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır